Ford Expedition ramalı ofrouderinin cari nəsli dörd yaşındadır, lakin daxili bazada əsas rəqibi olan Chevrolet Tahoe modelindən geridə qalır. Üstəlik, bir neçə ay bundan öncə, Tahoe modeli nəsil dəyişdirib və buna görə də, Ford ilə olan ara məsafəsi yaxın gələcəkdə daha da artacaqdır. Bu səbəbdən də, Ford şirkəti restaylinqi gözləmədən cavab addımını atmağa qərar verib: flaqman ofrouderinin baza qiymətini endirmək üçün, şirkət ofrouderin yeni XL STX versiyasını hazırlayıb.

Ofrouderin əsas itkisi üçüncü cərgənin oturacaqlarıdır. Ford Expedition XL STX modeli yalnız beş nəfərlik salonla satılacaqdır. Bununla birlikdə, şirkət  xırda şeylərə qənaət etməkdən çəkinib: hətta baza təchizatı əvvəlki kimi sürücü oturacağının səkkiz istiqamətdə elektriklə tənzimlənməsinin, üç zonalı iqlim nəzarətinin, dörd ədəd USB birləşməsinin və eyni sayda 12 voltluq çıxışının mövcudluğunu nəzərdə tutur. Bundan başqa, ofrouderin standart təchizatına səkkiz düymlük sensorlu ekranı, Wi-Fi qoulma nöqtəsi olan, Apple CarPlay və Android Auto interfeyslərinə dəstəkləyən Sync 3 mediasistemi daxildir.

Qiyməti azaldılması üçün, oturacaqların dəri ilə üzlənməsini, mərkəzi konsolun bahalı tərtibat variantlarını və iri yüngül lehimli diskləri qurban vermək dərək olub: bahalı versiyalarda 22-düymlük disklər quraşdırılırsa, yeni modifikasiya yalnız 18-düymlük disklər ilə təklif olunur. Bununla birlikdə, baza modeli də arxa oxda elektromexaniki özü kilidlənən differensialı olan tam ötürmə sistemi, habelə treyler və qoşquların daşınması üçün paket də daxil olan elektron köməkçilər kompleksi ilə təchiz edilir.

Ford Expedition XL STX yalnız on pilləli "avtomat" ilə tandemdə çalışan 380 at qüvvəsi və 637 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 EcoBoost turbomühərriki ilə sifariş oluna bilər. Nəticədə, ofrouderin başlanğıc qiyməti təxminən üç min dollar ucuzlaşıb: istehsalçı Ford Expedition XL STX modeli üçün 50 min dollar tələb edir. Yeni modifikasiyanın Amerika bazarındakı satışlarına artıq start verilib.