General Motors konserni bu yaxınlarda satın aldığı “GT” əmtəə nişanını ABŞ patent bürosunda qeydə alıbdır. Məlumdur ki, konsernin tərkibinə daxil olan Chevrolet markası özünün ilk ortamühərrikli sportkarını hazırlayır. Çox güman ki, yeni ad məhz bu model üçün ayrılıbdır.

Ortamühərrikli modelin hazırlandığını təsdiq edən kifayət qədər faktlar mövcuddur. Bunlara misal olaraq paparazzilər tərəfindən yaxalanmış prototipləri və bu yaxında patent ofisində qeydə alınan kapotu göstərmək olar. Üstəlik, loqo üçün verilmiş ərizə, motor qapağı üçün verilən ərizə ilə eyni tarixə malikdir.

Image alt Image alt Image alt

Əlbəttə ki, ehtimallarımızın 100 faiz doğru olduğunu söyləmək hələlik çox tezdir. Lakin, yaxın zamanlarda bu məsələyə aydınlıq gətiriləcəyindən əminik, çünki yeni ortamühərrikli modelin 2020-ci ildə debüt edəcəyi gözlənilir.

Mənbə: United States Patent and Trademark Office