Adətən "X" hərfi ilə krossoverləri işarələyirlər. Lakin Genesis markası bu ənənəni pozmaq qərarına gəlib və X Concept konseptual kupesini hazırlayıb. Əslində, burada fərqli mənanı axtarmaq gərəkdir: koreyalılar qarşımızda gizli "avtomobil X"- in dayandığına işarə edirlər. Qeyd etmək gərəkdir ki, X Concept, şirkət dizaynerlərinin iri qrand turerə olan baxışlarını nümayiş etdirdikləri beşinci Genesis konseptidir. Üstəlik, avtomobil yalnız onlayn deyil, həm də Los Ancelesdə təşkil edilmiş xüsusi tədbirdə canlı olaraq nümayiş etdirilib.

Koreyalılar iri kupe layihəsini ilk dəfə 2015-ci ildə təqdim etsələr də, Hyundai Vision G Coupe konsepti indiki Genesis G90 sedanının müjdəçısi oldu və konveyerə getmədi. İndi isə vəziyyət tam əksinədir: Genesis X Concept konseptində dizaynerlər markanın onsuz da formalaşmış üslubunu inkişaf etdiriblər. Bununla belə, konseptin carçısı olduğu kupenin ümumi istifadə yollarında görünmək şansı var.

Kupe uzun kapotu, qısa baqaj bölməsi, təmiz xətləri və iri təkər diskləri kimi "bahalı" nisbətlərə malikdir. Genesis avtomobillərinin tanınan xüsusiyyətinə çevrilmiş cütlənmiş xətlərdən konseptdə geniş tətbiq edilib: bu, yalnız işıqlandırma texnologiyasına aid  deyil - avtomobilin dekoru da eyni üslubdadır. Kapot, kuzovdakı yarıq və oyuqların sayını minimuma endirmək üçün qanadlarla birləşdirilib.

Dizaynerlər dörd nəfərlik interyerin üzərində də vicdanla işləyiblər. Düz ekranları olan darıxdırıcı arxitekturanın əvəzinə, sensorlu mərkəzi konsola keçən müəmmalı əyri ekran quraşdırılıb. Mərkəzi tuneldə isə, dayanacaq rejimində dekorativ yarımkürəyə çevrilən transmissiyanın qeyri-adi selektoru peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Konseptin texniki hissəsi barədə verilən yeganə məlumat onun elektrik ötürməsinə  sahib olmasıdır. Ancaq kupenin əvvəlcədən Genesis markasının inkişaf planına daxil edildiyini düşünsək, tezliklə seriya avtomobilini ümumi istifadə yollarında görə bilərik: bu günə qədər koreya istehsalçısı planlarını dəqiqliklə yerinə yetirib.