General Motors konserninin dizaynerləri İnternetdə Chevrolet kupesinin gələcəkdə necə görünə biləcəyini əks etdirən eskizlərini yayımlayıblar. Bəlkə də nə vaxtsa, belə futuristik dizayn markanın gələcək idman avtomobillərinin əsasını təşkil edəcəkdir.

Dərc edilmiş təsvirlərdə yeni layihəni yalnız arxa və yan tərəfdən görmək mümkündür. Prototip, hamar xətlərə və arxa tərəfindəki geniş oyuqları olan uzun ikiqapılı kupedir. Bu oyuqlarda GM dizaynerləri nazik LED işıqları da yerləşdirməyə müvəffəq olublar.

Chevrolet konseptində arxa pəncərə yoxdur, qapı tutacaqları isə kuzovdakı oyuqlarda gizlədilib. Bundan əlavə, avtomobilin eksteryerində qızıl rəngli vurğular diqqət çəkir. Ancaq layihə müəlliflərinin əsas fikri dəyişkən şəffaflığa malik olan xüsusi tündləşdirilmiş örtükdür. Gələcəkdə belə materialdan dam və ya kapotda tətbiq oluna bilər. Belə panelə zəif elektrik cərəyanının verilməsi ilə, hərəkət edən idman kupesinin kuzovunu şəffaf etmək olar.

Hazırda, belə bir idman kupesinin Chevrolet markasının model cərgəsində nə vaxt peyda olacağı barədə məlumat yoxdur. Bununla birlikdə, gələcəkdə belə konseptin Camaro və ya Corvette modellərinin yeni iterasiyası üçün zəmin yarada biləcəyi ehtimal olunur.