Skoda şirkəti, çex markasının Mlada Boleslavdakı mənzil-qərargahında keçirilən Robinson Helicopter Session 2021 sərgisinə həsr olunmuş videoçarxı yayımlayıb. Tədbirin əsas ulduzu, damı mütəxəssislər tərəfindən damı əsl helikopter meydançasına çevrilən yenilənmiş Kodiaq krossoveri olub. Mobil meydançaya 500 kiloqramlıq Robinson R22 helikopteri enib.

Yayımlanan video, Top Gear şousunun bölümlərindən birinə həsr edilib. 2011-ci ildə yayımlanmış bölümdə hərəkətdə olan Skoda Yeti modelinin damına iki nəfərlik helikopter enib. Həmin zaman çex krossoverini Ceremi Klarkson idarə edirdi. On il sonra, şirkət nümayəndələri bu fəndi təkrarlamaq qərarına gəliblər. Doğrudur, bu dəfə helikopter meydançası rolunu hərəkətsiz dayanan Kodiaq krossoveri oynayıb.

Skoda nümayəndələrinin bildirdiyinə görə, möhtəşəm fəndin həyata keçirilməsini təmin etmək üçün, mühəndislər krossoverin arxa asqısını gücləndiriblər - məqsəd ön oxla daha yaxşı tarazılığı əldə etmək olub.

Eyni zamanda, mütəxəssislər Kodiaq modelinin zavod modifikasiyasının texniki müdaxilə olmasa belə, 500 kiloqramdan çox olan Robinson R22 helikopterinə tab gətirə biləcəyini söyləyirlər. Bundan əlavə, krossoverin dam reylinqlərinə qismən taxta lövhələrdən hazırlanmış 100 kiloqramlıq platforma quraşdırılıb.

Image alt Image alt Image alt Image alt

Bütün hazırlıqlardan sonra, çex pilot Yan Cermak heç bir problem olmadan helikopteri krossoverin platformasına endirib. Damına helikopter enmiş Skoda Kodiaq modeli Robinson Helicopter Session 2021 sərgisinin əsas eksponatı olub.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.