Amerkada fəaliyyət göstərən Hennessey Performance şirkəti McLaren 600LT superkarının «bərkgedən» versiyasını inşa etmək niyətindədir. Superkarın mühərriki 1000 at qüvvəsinin üzərində gücə sahib olmalıdır. Bu barədə Top Gear nəşrinə şirkətin rəhbəri Cim Hennessi bildirib.

McLaren 600LT standart olaraq 600 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edən 3,8-litrlik V8 biturbimühərriki ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə sürətlənməyə 600LT modelinə 2,9 saniyə kifayət edir. Superkarın maksimal sürəti 328 km/saat təşkil edir.

Hennessey atelyesi güc aqreqatının üç variantda təkmilləşdirilməsini təklif etmək niyyətindədir: 719, 817 və 1016 at qüvvəsi. Birinci halda superkar 60 mil/saat (96 km/saat) həddinə 2,6, ikinci - 2,4, üçüncü halda isə 2,1 saniyəyə sürətlənəcəkdir. 1016 at qüvvəli superkar 402 metrlik dreq məsafəsini 9,6 saniyəyə qət etməlidir. Düzlüyün sonunda avtomobilin sürəti 251 km/saat olacağı gözlənilir.

Bu günə ən güclü McLaren avtomobili 1050 at qüvvəsi hasil edən hibrid güc aqreqatı ilə təchiz edilən Speedrail modelidir.Bu model 300 km/saat həddinə 12,8 saniyəyə sürətlənir və 403 km/saatlıq maksimal sürət həddinə malikdir. McLaren Speedtail 106 nüsxəlik tirajla buraxılacaqdır. bütün avtomobillər öncədən sifarişlə satılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt