Rolls-Royce şirkəti Phantom sedanının yapon iş adamı və kolleksiyaçısı Yusaku Maezavanın sifarişi ilə, Bespoke bölməsi tərəfindən hazırlanmış Oribe adlı unikal versiyasını təqdim edib. Avtomobilin yaradılmasında fransız Hermes moda evi də iştirak edib.

Bu əməkdaşlıq çərçivəsində, ingilis markası və fransız moda evi avtomobil sahibinin hobbisini, yəni antik yapon saxsısına olan sevgisini də əks etdirən “yerüstü ceti” (Maezavanın artıq şəxsi ceti var) yaratmağa çalışıb. Bunun üçün Bespoke mütəxəssisləri Phantom sedanını əllə yığaraq, onu iki rəngə boyayıblar: xüsusi olaraq Maezava üçün yaradılan Oribe Green və oribe üslubunda saxsı qabların əsas çalarlarından olan krem rənginə.

Oribe Green çaları bir neçə ay ərzində Surface Finish Center firmasının əməkdaşları tərəfindən hazırlanıb və qaydalardan istisna olaraq, öz şəxsi təyyarəsinin rəngini avtomobilinin rənginə uyğunlaşdırmaq üçün müştəriyə təhvil verilib.

Fransız moda evi Rolls-Royce sedanının interyerini hazırlamağa kömək edib: sükan, tutacaqlar, transmissiyanın dəstəyi və iqlim sisteminin idarəetmə orqanları Hermes dərisi ilə örtülüb. Eyni dəridən ön panelin üst hissəsinin, qol dayaqlarının, baqaj rəflərinin, əlcək və baqaj bölməsinin, mərkəzi konsolun, dekanter və soyudulmuş şampan şərabı üçün nəzərdə tutulmuş bölmənin tərtibatında istifadə edilmişdir.

Arxa oturacaq başlıqlarında və yumşaq ayaq dayaqlarında firma kantı mövcuddur, əlcək bölməsinin qapağında isə Habillé par Hermès Paris (“Hermès Paris tərəfindən geyindirilib”) yazısı həkk edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sedanın digər xüsusiyyətləri arasında açıq hüceyrəli qoz ağacının şponunda kəsilmiş dinamik torları da var. Onları qapı kartlarına quraşdırlmaq və lazım olan düz və toxumalı səthin almaq üçün ağacda çoxlu sayda dəliklər açıblar. Eyni ağac növündən mərkəzi və arxa konsolların, habelə qatlanan masaların tərtibatı üçün istifadə olunur.