Ferrari şirkətinin 488 superkarının hibrid variantının hazırladığı barədə söz-söhbət səngimək bilmir. Bu yaxınlarda YouTube kanalında DrGumoLunatic adlı istifadəçi Ştutqartın küçələrində rast gəldiyi kamuflyajlı 488 GTB modelinin görüntülərini yayıb.

Ferrari 488 GTB superkarının artıq seriya şəklində istehsal edildiyini nəzərə alsaq, videodakı avtomobilin hibrid quröu ilə təchiz edilmiş sportkarın olduğu ehtimal edilir. keyfiyyəti o qədər də yüksək olmayan videoçarxda mühərrikin səsi o qədər də yaxşı eşidilmir, lakin əvvəllər buna oxşayan prototip Ferrari şirkətinin rəsmi test treki Fiorano da rast gəlinibdir. Çox güman ki, italyan istehsalçısı hibrid sportkarın ümumi yollardakı testlərinə start verib.