Alman Hofele Design atelyesi Maybach və AMG dizayn elementləri olan yeni Mercedes-Benz GLE Coupe krossoverinin eksklüziv versiyasını təqdim edib. HGLE Coupe krossoveri xarici dekor elementləri, kuzov dəsti, kuzovun xüsusi boyanması və yenidən tərtib edilmiş salonu ilə fərqlənir. Layihənin əsası olaraq istənilən güc qurğusu ilə təchiz edilmiş kupe-krossu götürmək olar.

Hofele atelyesinin yeni Mercedes-Benz GLE Coupe krossoveri üçün Hazırladığı tüninq dəsti bol miqdarda xromu, Maybach modellərinin üslubunda ikirəngli kuzovu, Panamericana radiator barmaqlığını, AMG üslubunda parlaq qırmızı rəngli əyləc supportlarını, həmçinin qırmızı-qara nappa dərisi və idman cizgiləri olan alkantara ilə üzlənmiş interyeri özündə cəmləyir.

Mercedes-AMG GLE 53 Coupe ailəsinə oxşarlığı arxa hissənin dizaynı təmin edir: HGLE Coupe səsboğucu sistemin və arxa diffuzor GLE 53 ilə bənzər dizaynına malikdir. Lakin, təkər disklərinin dizaynı fərqlidir: 22 və ya 24 düymlük cilalanmış Signature diskləri heç də Affalterbax bölməsinin disklərinə bənzəmir.

Bununla yanaşı, Hofele stilistlərinin interyeri fərdiləşdirmək üçün "demək olar ki, hədsiz" imkanlar təklif etdiyi qeyd olunur. Müştəri materialları və rəngləri seçmək, naxışlar təklif etmək, həmçinin tikiş, basmanaxışlar və perforasiya ilə eskperimentlər aparmaq hüququna malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nümayiş etdirirlmək üçün hazırlanmış kupe-kross Mercedes-Benz GLE 400 d Coupe versiyasının əsasında hazırlanıb. Bununla belə, GLE 300 d-dən başlayaraq AMG GLE 63 S-ə qədər istənilən modifikasiyanı krossoveri seçmək mümkündür.

Maybach və AMG üslubunda olan Mercedes-Benz GLE Coupe modelinin təkmilləşdirilməsinin qiyməti açıqlanmayıb.