Honda şirkəti yolayrıclarında qəzaların sayını azaldacaq yeni təhlükəsizlik sistemini nümayiş etdirib. Smart Intersection texnologiyası avtomobillərin ətraf infrastruktur ilə əlaqə protokolundan, işıqforlarda quraşdırılmış kameraların proqram təminatından istifadə edir.

Smart Intersection sisteminin əsasını yolayrıcının hər bir küncündə quraşdırılan və 91 metrlik məsafədə obyektləri qeydə alan kameralar təşkil edir. Kameralardan əldə edilən görüntü hesablama platformasına ötürülür ki, Honda şirkətinin hazırladığı proqram təminatı məkanın 360 dərəcəlik şəklini hazırlayaraq nəqliyyat vasitələrini və digər hərəkət edən obyeksləri (piyada və velosipedçiləri) müəyyən edir.

Müvafiq məlumat bu sistemə qoşulmuş avtomobillərə ötürülür və onların bortkompyüteri məlumatı deşifrə edərək sürücüyə audiovizual xəbərdarlıq edir. Beləliklə, sistem mümkün qəzanın qarşısını almağa sürücüyə köməklik göstərir. Bu sistem, hava şəraitindən asılı olmayaraq, avtomobillərə binaların divarları arasından “baxmağa”imkan verəcək və yolayrıclarını daha təhlükəsiz edəcəkdir.

Merisvill hakimiyyətinin yardımı ilə hazırlanmış bu layihə 33 Smart Mobility Corridor layihəsinin tərkib hissəsidir. Bu layihə çərçivəsində 33 nömrəli şossedə pilotsuz və şəbəkəyə qoşulmuş avtomobillərin təhlükəsiz hərəkəti üçün xüsusi zona yaradılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt