Honda şirkəti “e” elektrokarının əmtəə variantının şəkillərini dərc edərək, onun texniki xarakteristikalarını açıqlayıb. Honda e modelinin kütləvi təqdimat mərasimi Frankfurt avtosalonunda keçiriləcəkdir.

Avropa bazarında satılacaq Honda e modeli müxtəlif gücü olan iki elektrik mühərriki ilə təklif edəcəkdirlər: 136 və 154 at qüvvəli mühərriklərin fırlanma anı eyni olacaq – 315 Nm. Hetçbek 35,5 kilovat-saatlıq batareya sayəsində 220 km məsafə qət edə bilər. Sürətli elektrik yükləmə stansiyaları sayəsində elektrokarın batareyasının enerji ehtiyatının 80 faizini 30 dəqiqəyə bərpa etmək mümkünür. Honda e 100 km/saat həddinə səkkiz saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt

Honda e modelinin platformasını tamamilə sıfırdan hazırlayıblar. Platforma bütün təkərlərin müstəqil asqısına malikdir və onun konstruksiyasında alüminiumdan geniş istifadə edilib. Ən maraqlısı oldur ki, Volkswagen şirkətinin MEB platforması kimi, yapon “arabacağında” da mühərrik arxada yerləşir. Bu isə, fırlanma anının arxa təkərlərə ötürüləcəyindən və hetçbekin “təmiz” sükana malik olacağından xəbər verir.