Honda şirkəti HR-V krossoverinin yeni nəslini təqdim edib. Üstəlik, eyni vaxtda krossoverin Yaponiyada Vezel adı ilə satılan versiyası da debüt edib. HR-V modelinin üçüncü nəsli tamamilə yeni eksteryer və interyer dizaynına, habelə alternativsiz e: HEV hibrid qurğusuna sahib olub.

İkinci nəsil Honda HR-V modeli 2013-cü ildən bəri istehsal olunur və fərqli adlarla satılır: Yaponiyada - Vezel, Çində - XR-V, üstəlik onun elektrik Ciimo X-NM, Ciimo M-NV və Everus VE-1 şəklində bir neçə törəməsi də var.  Lakin, krossoverin üçüncü nəsli adı çəkilən avtomobillərin heç birinə bənzəmir.

Honda nümayəndləri yeni dizayn üslubundan və "premium" keyfiyyətdən bəhs edirlər. Əsas markerləri kupeyə  bənzəyən profil, uzun kapot, ön bamperə inteqrasiya edilmiş radiator barmaqlığı və daha sadə keçidləri olan yan tərəflərdir.

Yeni krossoverin tamamilə yenidən dizayn edilmiş interyeri minimalizmin bir nümunəsidir. İndi sürücünün qarşısında dörd havalandırma deflektoru olan nazik ön panel var. Multimedia sisteminin ayrı dayanan ekranının altında iqlimə nəzarət sisteminin yığcam idarəetmə bloku, kənarlarda isə havalandırma deflektorları yerləşir.

Bundan başqa, ön panelin kənarında sərnişinlərin ətrafında "meh effekti" yaradan L formalı hava kanallarının fırlanma açarları yerləşir. HR-V modelinin panoram tavanı infraqırmızı şüalanmanı buraxmayan və aşağı emissiyalı toz qatı ilə örtülmüş şüşədən hazırlanır. Magic Seats oturacaqlarını geri qatlamaq və ya yastıqlarını şaquli şəkildə qaldırmaq mümkündür.

Jazz modelində olduğu kimi, HR-V modeli də yalnız e: HEV hibrid qurğusu ilə təklif ediləcəkdir. Hibrid qurğu Atkinson qənaətcillik dövrü ilə işləyən 1,5-litrlik benzin mühərrikindən, motor-generatordan, dartma elektik mühərrikindən və litium-ion batareyadan ibarətdir.

Qurğunun ümumi hasilatı 109 at qüvvəsi və 253 Nm fırlanma anıdır. Güc aqreqatı üç hərəkət rejiminə malikdir. Bundan başqa, qaz pedalı buraxıldıqda, yavaşlama intensivliyinin dörd səviyyəsindən birini seçmək imkanı da mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni nəsil Honda HR-V modelinin Avropadakı satışlarına bu ilin sonuna qədər başlanacaqdır.