Honda markasının arxa çəkişli platformada inşa edilmiş ilk elektrokarının adını açıqlayıb. Yapon istehsalçısı Honda e adlanan elektrik modelinə artıq 22 mindən çox öncədən sifarişi qəbul edib. Yeni avtomobilin görünüşü haqqında təsəvvürü bu yaxında təqdim edilmiş ePrototype prototipi yaratmalı idi.

Honda ePrototype

Honda ePrototype modelinin əsasını xüsusi olaraq bu elektrokar üçün hazırlanmış arxaçəkişli platforma təşkil edir. Avtomobil bir elektrik mühərrikinə və həcmi açıqlanmayan batareya ilə təchiz edilir. ePrototype modelinin yürüş ehtiyatı 200 kilometr təşkil edir. Yüksək sürətli terminalda avtomobilin batareyasının 80 faizini 30 dəqiqəyə doldurmaq olar.

Modelin xüsusiyyətləri arasında yan güzgüləri əvəzləyən kameralar, panoram alın şüşəsi, batareyanın cərəyanının səviyyəsini əks etdirən şüşə ilə örtülmüş panel, LED işıq texnikası, melanj parçası ilə örtülmüş oturacaqlar vardır.

Honda ePrototype

Prototip bir neçə ekranı olan geniş formatlı cihazlar panelinə sahibdir. Mərkəzi ekran multimedia sistemi üçün nəzərdə tutulub. Bu ekranın sol tərəfində virtual cihazlar paneli, kənarlarında isə, Camera Mirror sistemindən alınan görüntüləri əks etdirən displeylər yerləşdirilib. Bundan başqa, fiziki düymələri olan orqanlar da saxlanılacaqdır. Məsələn, klimat-kontrolun bloku ənənəvi görkəmə malikdir.

Honda ePrototype