Honda Mean Mower V2 otbiçəni Ginnesin rekordlar kitabının yeni rekorduna imza atıb. Drezden yaxınlığındakı Dekra Lausitzring avtodromunda pilot Cessika Hokins 100 mil/saat (161 km/saat) həddinə 6,29 saniyəyə sürətlənməyə müvəffəq olub.ı

HF 2620 Lawn Tractor otbiçəninin bazasında hazırlanmış Mean Mower V2 otbiçəni Honda CBR 1000R Fireblade superbaykından alınmış mühərrik ilə təchiz edilir. Honda CBR 1000R Fireblade superbaykının 1,0-litrlik mühərrikinin gücü 203 at qüvvəsi təşkil edir.  

Honda Mean Mower V2  modeli 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənir. Dekra Lausitzring avtodromunda sınaqlar zamanı otbiçən 243 km/saat həddinə qədər sürətlənib.

Mean Mower ilk versiyası dünyanın ən yeyin otbiçəni kimi Ginnesin rekordlar kitabına 2014-cü ildə daxil olub. Jurnalist Pirs Vord IDIADA-nın Tarraqonadakı (İspaniya) poliqonunda otbiçəndə 187,6 km/saat həddinə qədər sürətlənib.