FAW konserni artıq dörd ildir ki, premium Hongqi markasını inkişaf etdirilməsi ilə məşğuldur. Bu müddət ərzində satış həcmi ciddi şəkildə artıb - 2020-ci ildə marka 197 min avtomobil satıb. Əvvəllər Hongqi ("Qırmızı Bayraq") markası altında Çin hökuməti üçün avtomobillər istehsal olunsa da, indi alıcılara dörd krossover və üç sedandan ibarət model çeşidi təklif edilir. Bu günlərdə bu çeşidə başqa bir çox spesifik minik avtomobili əlavə edilib.

Hongqi E-QM5 elektrik sedanı ilk dəfə yanvar ayında nümayiş olunub, lakin model yalnız indi istehsal və satış üçün tam hazırdır. Sedan qeyri-adi bir dizayna malikdir: fənərlərin əvəzinə gündüz hərəkət işıqlarının nazik diod konturları var, əsas fənərlər isə bamperin künclərində yerləşdirilib.

Firma elementlərinə misal kimi kapotdakı qırmızı “pipiyi” göstərmək olar. Ancaq bu hamısı deyil.

Şəkillərə baxdıqda, qarşımızda qolf sinifindən olan avtomobilin durduğunu hesab etmək olar, lakin əslində Hongqi E-QM5 modeli nümayəndəlik sedanının ölçülərinə malikdir: elektrokarın uzunluğu 5040 millimetr, eni - 1910 millimer, təkər bazasının genişliyi isə 2990 millimetrdir. İş nisbətlərdədir.

Çin sedanın hündürlüyü 1569 millimetrdir ki, bu da  Audi A8 və ya BMW 7 Series sedanlarında olduğundan 100 millimetr çoxdur. Sedan standart olaraq 18-düymlük təkər diskləri ilə təchiz edilir. Baqaj bölümünün həcmi isə 433 litrdir.

Təzadlar salonda da davam edir. Hongqi E-QM5 modeli elektriklə tənzimlənən fərdiı arxa oturacaqlara malikdir, sağ tərəfdə əyləşən ən vacib sərnişin isə, yığışdırılan ayaq dayağı ilə təmin olunub. İri mərkəzi qol dayağında oturacaqları və dördzonalı klimat-kontrolu tənzimləmək üçün idarəetmə paneli quraşdırılıb. Salonun döşəməsi demək olar ki, düzdür.

Eyni zamanda, salonun ön hissəsi bir qədər kasad görünür: burada klassik cihazlar paneli var, proyeksiya displeyi, oturacaqların havalandırması, lyuk yoxdur. Oturacaqlar elektriklə tənzimlənsələr də, çox sadədirlər.

Ən təəccüblüsü isə avtomobilin texniki hissəsidir. Beş metrlik Hongqi E-QM5 modeli ön oxu hərəkətə gətirən 136 at qüvvəli elektrik mühərriki ilə təchiz olunub! Sedanın maksimal sürət həddi 130 km/saatdır.

Litium-dəmir-fosfat dartma batareyası (BYD tərəfindən verilir) 54 kilovat-saatlıq tutuma malikdir və elektrokarı köhnəlmiş NEDC dövrünə əsasən 431 kilometrlik yürüş ehtiyatı ilə təmin edir. Bu isə, realda yürüş məsafəsinin təxminən 250 kilometr olacağından xəbər verir. Şassi - çoxqollu arxa asqıya malikdir, lakin burada adi yaylar və passiv amortizatorlar quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt

Bütün bu əzəmətə görə, FAW konserni 37 min dollar tələb edir. Məsələn, Çində bir qədər daha kiçik  ölçülərə sahib olan adi Hongqi H5 sedanı 23 min, Hongqi E-HS3 elektrik krossoveri isə 35 min dollardan başlayan qiymətlər ilə satılırlar.

Hazırda yeni elektrokarı yalnız dövlət qurumları və korporativ alıcılar əldə edə bilərlər, lakin sonradan avtomobil fərdi şəxslərə də təklif ediləcəkdir. İstehsalçının planlarında beş nəfərlik salonu və 190 at qüvvəli elektrik mühərriki olan versiyanın buraxılması da var.