Audi şirkətinin rəhbərliyi səhmdarlarının ümumi yığıncağında A8 sedanının ultradəbdəbəli versiyasının buraxılacağını təsdiq edib. Çox güman ki, bu versiya Mercedes-Maybach S-Class modeli ilə rəqabət aparacaq Horch modifikasiyası olacaqdır.

Audi şirkətinin Horch adını yenidən həyata qaytaracağı barədə məlumat keçən ilin payızında peyda olub. İnsayderlərin məlumatına görə, Horch adını Audi A8 L modelinin dəbdəbəli versiyaları alacaqdır. Horch modellərinin mühərrik çeşidinə V8 biturbomühərriki  və Bentley Continental GT modelinin 6,0-litrlik W12 mühərriki daxil ediləcəkdir.

Əvvəllər dəbdəbəli avtomobillərin iki-üç il ərzində bazara çıxacağı barədə deyilirdi. Horch modelləri üçün ayrıca subbrendə təsis etməyəcəkdirlər. Mercedes-Benz şirkətinin təcrübəsi belə avtomobillərin satışının təxmin ediləndən az olduğu göstərib. 

Bundan əlavə, Audi şirkətinin idarə heyətinin sədri Brem Şott A8 modelinin növbəti nəslinin elektrokar olacağına da işarə edib. Üstəlik o, Audi TT və R8 modellərinin də elektrokarla əvəzlənəcəyini söyləyib.