Hyundai Motor Group konserninin tərkibinə daxil olan New Horizons Studio bölməsi Montana ştatının Bozman şəhərində yeni Elmi-Tədqiqat Mərkəzini açacaqdır. Mərkəz, Ultimate Mobility Vehicles (UMV) adlanan yeni nəqliyyat vasitələri ilə məşğul olacaqdır - buraya addımlayan robotlar da daxildir. Söhbət müxtəlif relyefli ərazilərdə hərəkət edə bilən, lakin ənənəvi təkərlər əvəzinə bükülən “ayaqları” olan pilotsuz nəqliyyat vasitələrindən gedir.

HYundai Elevate

UMV Elmi-Tədqiqat Məkəzi, ilk növbədə, ən uzaq və çətinliklə gedilə bilən yerlərə avadanlıq, qida və dərmanları daşımaq üçün nəzərdə tutulmuş, intellektual robota çevrilə bilən pilotsuz nəqliyyat vasitələrinin yaradılması ilə məşğul olacaqdır.

Addımlayan pilotsuz nəqliyyat vasitəsi keçən ilin fevralında nümayiş etdirilən Tiger X-1-in (Transforming Intelligent Ground Excursion Robot) prototipinin seriya təcəssümü olacaqdır. “Pələng” isə, öz növbəsində, CES-2019 sərgisində nümayiş etdirilmiş Elevate xilasedici dronunun sonrakı təkamülüdür.

Hyundai Tiger X1

Tiger X1 tam ötürməli avtomobil kimi normal yollarda hərəkət edən, gərək olduqda isə, addımlayan robota çevrilən pilotsuz nəqliyyat vasitəsidir.

UMV Elmi-Tədqiqat Mərkəzinin vəzifələri arasında insanları daşımaq üçün nəzərdə tutulmuş oxşar nəqliyyat vasitəsinin yaradılması da var. Hər iki avtomobil relyefin növündən asılı olaraq müxtəlif rejimlərdə addımlamaq üçün, oynaqların imitasiyası olan irəli çıxan “ayaqları” almalıdır.

Yeni layihə üçün New Horizons Studio ən azı 50 iş yeri açacaq, Montana Dövlət Universitetinin kampusunda robotların hazırlanması və inşası üçün ayrılan meydança 1,4 min kvadratmetrə qədər ərazini tutacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.