Hyundai şirkəti Hindistan bazarı üçün nəzərdə tutulmuş Aura sedanını təqdim edib. Hyundai Aura modeli Hyundai Grand i10 Nios hetçbekinin bazasında inşa edilib. Yeni model markanın model xəttində əvvəlki nəsil Grand i10 modelinin bazasında yaradılmış Hyundai Xcent sedanına yoldaşlıq edəcəkdir. Bütün modellər Hindistanda paralel olaraq satılacaqdır, çünki köhnə modellər də yaxşı tələbata malikdirlər.

Avtomobilin qabarit uzunluğu 3995 mm, təkər bazasının uzunluğu isə 2450 mm-dir. Bu ölçülər avtomobilin Hindistanda güzəştlər verilən sinifiə düşməsinə imkan verir. Modelin baqaj bölümünün həcmi 402 litrdir.

Hyundai şirkəti Aura sedanının dizayn üslubunu “Sensuous Sportiness dizayn fəlsəfəsinin idman və futuristik təzahürü” adlandırır. Cənubi Koreya istehsalçısı yeni üslubu bu ilin yazında nümayiş etdirilmiş La Fil Rouge konseptində göstərib. Bununla belə, istehsalçı modelin interyerini nümayiş etdirməyib. Çox güman ki, interyer donor hetçbeki ilə eyni olacaqdır.

Hyundai Aura modelinin mühərrik çeşidinə 83 at qüvvəli 1,2-litrlik benzin mühərriki, 100 at qüvvəli 1,0-litrlik benzin turbomühərriki və 75 at qüvvəli 1,2-litrlik üçsilindrli turbodizel daxil edilib. Bütün aqreqatlar mexaniki qutu ilə təchiz edilirlər. Lakin, 83 və 75 at qüvvəli mühərriklər üçün birmuftalı «robotu» da sifariş etmək olar

Hyundai Aura modelinin istehsalına gələn ilin birinci rübündə Hindistanda başlanacaqdır. Modelin satış qiymətləri 600 min rupidən (14 min manat) başlanacaqdır.