Hyundai şirkəti “qaynar” Sonata N Line sedanı haqqında yeni məlumatı paylaşıb: “qaynar” sedanın Genesis G80 modelindən tanış olan 2,5-litrlik mühərriki, idarəetmə elektronikasının idman rejimini və lonç-kontrolu alacağı gözlənilir. Sonata N Line modelinin Cənubi Koreyadakı satışlarına bazarda bu ilin üçüncü rübündə başlanmalıdır.

“Qaynar” Sonata N Line modeli standart versiyadan 19-düymlük təkər diskləri, genişləndirilmiş ön hava girişləri, idman kuzov dəsti və səsboğucu sistemin iki cütlənmiş çıxış borusu quraşdırılmış iri arxa diffuzor ilə fərqlənir. Salondakı dəyişikliklər arasında güclü yan dəstəyinə və qırmızı tikişlərə malik olan oturacaqlar və Sport + rejimi də daxil olmaqla idarəetmə rejimlərinin selektoru vardır.

Sonata N Line modeli yenidən tənzimlənmiş daha sərt asqı sistemini, gücləndirilmiş amortizatorları və əyləclər əldə edib. “Qaynar” sedan 290 at qüvvəsi və 422 Nm fırlanma anı hasil edən 2,5-litrlik SmartStream turbomühərriki və səkkiz pilləli “robot” ilə təchiz edilir. Ötürmə - ön oxadır. Şirkətdən “qaynar” Sonara sedanının dinamik xüsusiyyətlərini və digər detallarını 21 oktyabrda açıqlayacaqlarını bildiriblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hazırda Hyundai model xəttində N Line versiyasında təklif edilən modellər arasında i10 və i30 hetçbekləri, habelə Tucson krossoveri vardır. Bundan başqa, koreya istehsalçısı “bərkgedən” i30 N və Veloster N modellərini də təklif edir.