Dünyanın əksər bazarlarda Hyundai uzun müddətdir ki, ix35 indeksindən istifadə etmir, lakin Çində bu ad qorunub saxlanılıb. Bu, 2017-ci ildə debüt etmiş və ix25 (Creta modelinin analoqu) ilə Tucson modelləri arasında yer alan lokal krossoverin adıdır. Hyundai ix35 krossoveri Çində yaxşı satışlar göstərir - keçən il 132 min avtomobil satılıb. Bununla belə, istehsalçı modelin yeniləməyə qərar verib.

Krossoverin ön və arxa hissələrinin dizaynı tanınmaz dərəcədə dəyişdirilib. Avtomobilin ön tərfinin dizaynı daha aqressiv olub, bütün işıqlar artıq tamamilə işıqdiodlarından hazırlanır. Arxa işıqlar avtomobilin eni boyunca vahid blok şəklində birləşdirilib. Yenilənmiş krossoverin uzunluğunu 4435-dən 4500 millimetrə qədər artırılıb.

Salonda da ciddi dəyişikliklər var. Burada klimat-kontrolun və media sistemin birləşdirildiyi böyük şaquli "planşeti" quraşdırılıb. Klassik cihazlar panelini virtual panel əvəzləyib. Sükan, mərkəzi tunel və transmissiyanın selektoru da dəyişdirilib, tərtibat materialları isə daha keyfiyyətlidir.

Krossoverin avadanlıq siyahısında avtomatik əyləcləmə sistemi kimi elektron köməkçilər peyda olub. Ancaq güc qurğuları əvvəlki kimi qalıb: 140 at qüvvəli 1.4 T-GDI turbomühərriki mexaniki transmissiya və ya yeddi pilləli preselektiv "robot" ilə tandemdə çalışır. 160 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki isə mexaniki ötürmələr qutusu və ya altı pilləli "avtomat" ilə təchiz edilir. Tam ötürmə sistemi yalnız 2,0-litrlik mühərrik ilə təchiz edilmiş top versiyada quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Hyundai ix35 modelinin Çin bazarındakı satış debütü dekabr ayında baş tutacaqdır. Qiymətlərin əvvəlki səviyyədə qalacağı ehtimal olunur. Yenilənmədən əvvəlki krossoverin qiyməti 18 min dollar təşkil edirdi.