Bu gün Hyundai şirkəti rəsmi olaraq i30 Fastback liftbekinin “qaynar” N modifikasiyasını nümayiş etdirib. N seriyasından olan üçüncü “qaynar” “beşqapılı kupe” aqressiv dizaynlı aerodinamik kuzov dəstinə və güclü mühərrikə sahib olub.

“Qaynar” Hyundai i30 Fastback N "beşqapılı kupesi" modifikasiyasından asılı olaraq 250 və yaxud 275 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz edilir. Güc variantından asılı olmayaraq mühərrik 353 Nm fırlanma anı hasil edir. Overboost funksiyasından istifadə edərək, mühərrikin fırlanma anını qısa müddətə 378 Nm-ə qədər artırmaq mümkündür.

Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Hyundai i30 Fastback N 100 km/saat həddinə heçbek variantından 0,1 saniyə yeyin, yəni 6,1 saniyəyə sürətlənir. "Qaynar" liftbekin maksimal sürəti isə 250 km/saatdır. Gələcəkdə iki muftalı robotlaşdırılımış transmissiyanın da təklif ediləcəyi söylənilir. 

Hyundai i30 Fastback N modeli hərəkət rejimlərinin (Eco, Normal, Sport, N və N Custom) seçilməsi sisteminə malikdir. Rejimlərin dəyişdirilməsi sükan çarxında olan xüsusi düymə vasitəsi ilə həyata keçirilir. N Custom rejimində sürücü avtomobilin parametrlərini öz arzusuna uyğun olaraq tənzimləyə bilər.

Yeni N modelinin təchizatına aktiv asqı, elektronika ilə idarələnən yüksək sürtünməli differensial, aktiv səsboğucu sistem, lonç-kontrol, avtomatik akselerasiya və tamamilə söndürülən dinamik stabilizasiya sistemi daxildir.

Avtomobilin bu gün təqdim edilməsinə baxmayaraq, o artıq rekorda da imza atmağa imkan tapıb. Elan edildiyi kimi, Hyundai Motorsport pilotları Qabriel Tarkvini və Tyerri Nyövilin Roma-Paris marşrutu ilə yarışıblar.

Əslində, bu İtaliya ilə Fransanın paytaxtları arasındakı marşrut deyil, Danimarkada yerləşən iki eyni adlı kənd arasındakı yoldur. Bu yarışda Qabriel Tarkvini qalib gəlib. O, iki məntəqə arasındakı məsafəni 8 dəqiqə 18,49 saniyəyə qət edib. Yeni modelin kütləvi təqdimatı Paris avtosalonunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt