Müstəqil Genesis markasının ilk modeli olan G90 sedanı nəsil dəyişikliyinə hazırdır.Cənubi Koreya markası Lexus LS, Audi A8 və BMW 7 Series modelləri ilə rəqabət aparan nümayəndəlik sedanının ilk təsvirlərini dərc edib. Yeni nəsil haqqında təfərrüatlar açıqlanmayıb, üstəlik, salonun şəkilləri də dərc olunmayıb. Odur ki, yeni flaqman sedanının yalnız eksteryer dizaynı ilə tanış olmaq mümkündür.

Genesis markasının digər müasir modelləri kimi, yeni G90 sedanı da cütlənmiş LED zolaqları olan işıq texnikası (ön qanadlardakı dömə işıqları da daxil olmaqla) ilə seçilir. Lakin bayraqdar sedanı model çeşidində ən nazık fənərləri olan ilk avtomobildir:  qabaritlərin kiçildilməsi üçün yaxın işıqlar MLA (Micro Lens Array) texnologiyasından hazırlanıblar. Aralıq və birləşdiricilərin sayını azaltmaq məqsədilə kapot yan tərəflə birləşdirilib. Ön embleş gilyoş texnikası ilə hazırlanmış naxış şəklindədir.

Standart sedan ilə yanaşı, uzunbazalı G90 sedanı da nümayiş etdirilib, lakin bu versiyanın konsepsiyası dəyişdirilib. Əvvəllər “uzadılmış” Genesis G90 modeli 290 millimetrlik bağlı mərkəzi əlavəyə malik idisə, yeni avtyomobil digər istehsalçıların istifadə etdiyi ənənəvi sxemə əsasən hazırlanıb: təkər bazası və arxa qapı 190 millimetr uzadılıb və belə artım dərhal nəzərə şarpır. Uzunbazalı sedan genişləndirilmiş xrom dekora və orijinal 20-düymlük təkər disklərinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki hissə barədə məlumat yoxdur, lakin sedanın kapotunun altında V6 mühərrikinin müxtəlif variantlarının yerləşdiriləcəyini güman etmək olar. Hyundai şirkəti bayraqdar V8 mühərrikindən imtina edib. İkinci nəsil Genesis G90 modelinin tam ölçülü təqdimatı dekabr ayının ortalarında keçirilməlidir. Elə həmin zaman, Cənubi Koreyada yeni modelə sifarişlərin qəbuluna başlanacaq və ixrac planları açıqlanacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.