Dünən Londonda keçirilmiş xüsusi tədbirdə Range Rover Evoque modelinin ikinci nəsli təqdim edilib. Yığcam krossover yeni Premium Transverse Architecture (PTA) platformasında inşa edilib. Avtomobilin kuzovu əvvəlki proporsiyalarını qoruyub-saxlayıb və Velar modelinin üslubunda zahiri görkəmə malik olubdur. Əvvəlki modelə bənzəməsinə baxmayaraq, Evoque tamamilə yenidir - əvvəlki avtomobildən qalan yalnız qapı cəftələridir.

Yeni modelin hazırlanmasına bir miyard funt-sterlinq xərclənib ki, bu vəsaitin əksər hissəsi mühərrik köndələn yerləşdirməyə imkan verən Premium Transverse Architecture platformasının yaradılmasına yönəldilib. Yeni platforma hibrid qurğusunun da yerləşdirilməsinə imkan verir. Range Rover Evoque modeli iki növ hibrid aqreqatı ilə təchiz ediləcəkdir: onlardan birincisi startyor-generator və 48-voltluq batareyaya malik olan “yumşaq” hibrid, digəri isə arxa təkərləri hərəkətə gətirən elektromotora və 11,3 kolvat-saatlıq batareyaya malik olan məişət şəbəkəsindən qidalanan aqreqatdır.

Krossoverin tranmsmissiyası da sıfırdan yaradılıbdır - tam çəkiş sistemi də iki növdə təklif edilir: arxa oxu çoxdiskli mufta vasitəsi ilə qoşan Standard Driveline və daha mürəkkəb quruluşa malik olan Active Driveline. Active Driveline sistemində axra oxun hərəkətə gətirən komponentlərin ayrılmasına və birləşməsinə dirsəkli mufta cavabdehdir – mufta kardan valını ayıraraq transmissya itkilərini 75% azalmağa şərait yaradır. Arxa oxun yenidən qoşulmasına isə 300 millisaniyə gərəkdir. Bundan başqa, arxa oxda quraşdırılan iki çoxdiskli mçufta dartma vektoruna nəzarət etməyə imkan verir.

Range Rover Evoque modelinin asqı sistemi də tamamilə yenidir. Öndə quraşdırılmış McPherson asqısı dönən dirsəklərə,  ramaaltına, daha sərt L-şəkilli qollara və titrəyişi azaltmağa imkan verən arxa saylentbloklara sahibdir. Arxada yığcam Integral Link çoxqollu asqısı yerləşdirilib. Kiçik hündürlüyə malik olan bu asqı baqaj həçmini artırmağa imkan verib. Opsional olaraq, elektronika ilə idarələnən amortizatorları və yolun vəziyyətinə nəzarət edən akselerometrləri olan adaptiv pnevmatik asqı da təklif edilir.

Yeni Evoque yalnız beşqapılı kuzov ilə təklif ediləcəkdir. Kupe və kabriolet modifikasiyaları isə tarixə qovuşacaqdır. 4371 millimetrlik uzunluğu olan avtomobilin təkər bazası 21 millimetr artsa da, kuzovun çıxışları daha qısa olubdur.  Kuzovun arxa hissəsindəki tavanı xətti 20 millimetr aşağı düşüb. Qapı dəstəkləri isə Velar modelində olduğu kimi qapı paneli ilə eyni səth təşkil edir.

İkinci nəsil Range Rover poladdan hazırlanmış kuzova malikdir. Yüksək möhkəmlikli poladdan istifadə kuzovun sərtliyini 13 artırmağa imkan verib.

Avtomobilin salon tərtibatı da Velar modelini xatırladır. Salonun tərtibatında yeni materiallardan geniş istifadə edilir. Burada Touch Pro Duo məlumat sisteminin iki mərtəbəli sensorlu displeylərini görmək olar.  Aşağı displeydə quraşdırılmış iki şaybanın funksiyaları secilmiş rejimdən asılı olaraq dəyişir.  Krossoverin baza variantında virtual rəqəmsal cihazlar panelini adi analoq paneli, klimat-kontrolun displeyini isə mexaniki düymələr əvəz edəcəkdir. Ötürmələr qutusunun şaybası  BMW avtomobillərindəkinə bənzər dəstək ilə əvəzlənibdir.

Avtomobilin salonu da genişlənibdir: sürücü oturacağı digər Range Rover modellərindən fərqli olaraq daha rahatdır və şaquli oturmanı tələb etmir.  Salonun arxa hissəsi əvvəlki kimi avtomobilin güclü tərəfi deyildir. Kuzov çıxışının azalmasına baxmayaraq, baqaj bölümünün həcmi 10% artaraq 591 litrə bərabər olub.

 Kiçik həcmi arxa şüşənin görünüşü məhdudlaşdırdığını nəzərə alan istehsalçı yeni üsula əl atıb. Damdakı “üzgəcdə” yerləşdirilən kameradan alınan görüntülər salon güzgüsündəki 1600x320 piksel icazəsi olan monitora ötürlür. Kameraya qoşulma güzgünün gövdəsindəki düymə vasitəsi ilə həyata keçirilir.

Bundan başqa, Evoque modelinin ikinci nəsli  “şəffaf” kapot sisteminə də sahib olub. Bu sistem ön təkərlər zonasında olan vəziyyəti kameralar vasitəsi ilə mərkəzi ekranda göndərir. Əlbəttə ki, bu zaman avtomobilin hərəkətdə olması lazımdır.

İlk zamanlarda krossover yeddi güc aqreqatı ilə təklif ediləcəkdir. Bütün aqreqatlar Ingenium ailəsinin üzvləridir. Benzin və dizel mühərrikləri üç güc variantında təklif olunurlar: dizel mühərrikləri 150,180 və 240, benzin aqreqatlar isə 200, 250 və 300 at qüvvəsinə malikdirlər. Mühərriklər 9-pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə təchiz ediləcəkdirlər. Mexaniki qutuya və öndən çəkiş sistemi ilə yalnız 150 at qüvvəli dizel modifikasiyası təklif olunacaqdır. Yeni model gələn ildən başlayaraq məişət şəbəkəsinə qoşulan hibrid kimi də təklif ediləməyə başlanacaqdır. Hibrid qurğu 150 at qüvvəli 1,5-litrlik üç silindrli mühərrikin əsasında yaradılıbdır.

Yeni Range Rover Evoque modelinin Avropadakı satışlarına bu ilin sonunda başlanacaqdır. Krossoverin Azərbaycan bazarındakı satışlarına gəldikdə isə, satışların gələn il başlanacağını söyləmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt