Sotheby’s hərrac evinin avqustda Montereydə keçirəcəyi hərracda birinci Porsche avtomobili satılacaqdır. Type 64 adlndırılan avtomobil 1939-cu ildə Volkswagen şirkətinin sifarişi ilə KdF-Wagen «Böçək» modelinin aqreqatlarında inşa edilib. Avtomobil müharibə ucbatından baş tutmayan Berlin-Roma yarışında iştirak etməli idi.

1500 kilometrlik yürüş marşrutu sürətli alman avtobanlarının özünəməxsus reklamı, həmçinin KdF-Wagen modelinin bazar debütünün bayram edilməsinin bir hissəsi olmalı idi. O zaman hökumətə məxsus olan Volkswagen şirkəti «Böcək» modelinin üç yarış versiyasını sifariş edib. Avtomobil zavoddaxili Type 64 adını almış və bir neçə ildən sonra Porsche 356 modelini yaradacaq mühəndislər qrupu tərəfindən işlənib-hazırlanmışdır.

Satışa çıxarılan Porsche Type 64 donor KdF-Wagen modelinin transmissiyasını, mühərrikini və asqı sistemini qoruyub-saxlamış, lakin aviasiya alüminiumdan hazırlanmış və təkərlərin aerodinamik örtüyünə malik olan yeni kuzova sahib olmuşdu. Standart oppozit mühərrikinin gücü 24-dən 32 at qüvvəsinə qədər artırılmışdı. Müharibə elan ediləndən sonra Type 64 modelinin yeganə hazır nüsxəsi Alman əmək cəbhəsinin mülkiyyətinə keçmiş, layihə isə bağlanılmışdı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin bu Ferri Porşeni dayandırmayıb və daha iki avtomobil inşa edib. Onlardan birincisinin yığılması 1939-cu ilin dekabrında, ikincisinin isə 1940-cı ilin iyununda başa çatıb. Üç nömrəli avtomobil üçün qəzada ciddi xəsarət görmüş birinci Type 64 modelinin şassisindən istifadə edilib. Bu avtomobil Porsche ailəsinin mülkiyyətində olub və hətta müharibədən də sağ-salamat qurtulub. 1946-cı ildə avtomobili Avstriyada bərpa edilib və Porşe şəxsən onun üzərinə Porsche yazısını yapışdırıb.

Porsche Type 64 modelinin iki sahib dəyişdirməsinə baxmayaraq tamamilə orijinal vəziyyətdədir. Bu avtomobili Porsche markasının müasir avtomobillərinin əcdadı və alman markasının tarixində ən əhəmiyyətli avtomobil sayılır. İlkin qiymətləndirmələr Type 64 modelinin qiymətinin 20 milyon dollar təşkil edə bilər.