BMW şirkətinin Münhendəki Elmi-Tədqiqat Mərkəzində Phantom modelinin bazasında inşa edilən Rolls-Royce elektromobilinin prototipi sınaqdan keçirilib. Aparılmış sınaqlarin nəticələrinə əsasən, məşhur britaniya markası, Silent Shadow("Səssiz kölgə") adlandırılmış ilk "yaşıl" avtomobilinin öz platformasına malik olacağına qərar verib.

"Autocar" nəşrinin bildirdiyinə görə, BMW şirkətinin mühəndisləri tərəfindən yığılmış test prototipidən transmissiyanın sınaqları üçün istifadə ediləcəkdir. İlkin məlumatlara görə, Silent Shadow modelində quraşdırılacaq komponentlərin və qurğuların əksər hissəsi BMW iX krossoverindən və i7 sedanından götürüləcəkdir, lakin Rolls-Royce elektromobili alüminiumdan hazırlanmış məkanvari çərçivəli arxitekturada inşa ediləcəkdir.

Rolls-Royce elektrokarının prototipi

Silent Shadow sedanı oxları və elektrik mühərriklərini BMW i7 modeli ilə paylaşılacaqdır. Eyni şeyi, Samsung SDI tərəfindən hazırlanmış elementlərdən istifadə edən batareyalar üçün də söyləmək olar. Bundan başqa, hər iki elektromobildə Çinin CATL firmasının batareyaları quraşdırıla bilər.

Silent Shadow sedanının xüsusiyyətləri hələlik gizli saxlanılır. Bəzi məlumatlara görə, Rolls-Royce elektromobilin iki versiyası üzərində işləyir: arxa və tam ötürməli. Yeni modelin batareyasının tutumu 100 kilovatt-saatdan çox olacaqdır ki, bu da üç ton ağırlığı olacaq sedana, dolu batareya ilə ən azı 500 kilometr məsafə qət etməyə imkan verəcəkdir.

Rolls-Royce Vision Next 100

Böyük ehtimalla, Silent Shadow modelinin buraxılışı Phantom və Ghost sedanlarının, habelə Cullinan ofrouderinin istehsal edildiyi Qudvuddakı zavodda aparılacaqdır. Sonuncusu britaniya markasının növbəti "yaşıl" avtomobili ola bilər: elektrikləşdirmə proqramının bir hissəsi olaraq, Cullinan modelinin 2025-ci ilə qədər elektriktrikləşdirilməsi nəzərdə tutulub.

Böyük Britaniya 2030-cu ildən başlayaraq ənənəvi daxili yanma mühərrikləri olan avtomobillərin satışını qadağan edəcək, 2035-ci ildən etibarən isə ölkə hibridlərə moratorium qoyacaqdır. DYM-dən imtinaya digər Avropa ölkələri də qoşulublar. Bu, həm büdcə, həm də premium seqmentindən olan avtomobillərin kütləvi elektriklənməsinin həyata keçirilməsinə təkan verib.