Amerikanın J.D. Power analitik agentliyi, 2020 model ilində avtomobillərin keyfiyyətini qiymətləndirən Inıtial Quality Study (IQS) tədqiqatlarının nəticələrini dərc edib. Əvvəllər olduğu kimi, reytinqdə alındıqdan sonra 90 gün istismar edilən yeni avtomobillərin sahiblərindən daxil olan şikayətlər, o cümlədən müxtəlif elektron sistemlərin istismarı ilə bağlı narazılıqlar nəzərə alınıb.

Bunlar, ya çox mürəkkəb multimedia interfeysi və ya onlardan tamamilə fərqli funksionallıq gözləntiləri ola bilər. Hər bir markaya rəqəmli göstərici (hər 100 maşına düşən problemlərin sayı) verilib və reytinqin bütün iştirakçıları seqmentlər üzrə bölünüblər. Bu il qaliblər Dodge və Kia avtomobilləri olublar - onların hər biri 136 xal yığmağa müvəffəq olublar. Bu markarlarla birlikdə ilk beşliyə Ram, Chevrolet və Genesis brendləri daxil olublar. Lakin, bu gün biz markalar haqqında deyil, reytinqdə ən yüksək yerləri tutan modellər haqqında danışacağıq.

Əvvəlcə J.D. Power reytinqində kiçik sinif adlanan modellər gəlir. Burada mütləq qalib Chevrolet Sonic hetçbekidir. Model təkcə öz seqmentində deyil, həm də bütün araşdırmaların nəticələrinə görə 100 avtomobildə 103 şikayət nəticəsini göstərən ən yaxşı avtomobil olub. Hyundai Accent və Kia Rio isə, müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar.

Kiçik premium sinifində ən yükəsk keyfiyyətə malik olan avtomobil Audi A3 olub. Alman modelini Acura ILX və BMW 2 Series modelləri təqib edirlər.

Kompakt avtomobillər sinifində, Kia Forte/Cerato qalib gəlib. Ən maraqlısı odur ki, ümumi reytinqdə Cənubi Koreya markası 136 xal toplayaraq birinci yeri tutub - hər 100 avtomobildə 136 problem aşkarlanıb. Hyundai Elantra və Volkswagen Jetta növbəti yerləri bölüşüblər.

Növbəti seqment yığcam idman avtomobilləridir. Burada yalnız iki model eyni xalı toplayaraq qalib olub. Bunlar asimmetrik Hyundai Veloster və Mini Cooper hetçbekləridir.

"Yığcam premium avtomobili" kateqoriyasına daha bir "koreyalı" başçılıq edib. J.D Power agentliyindən ən keyfiyyətli avtomobilin Genesis G70 sedanı olduğunu bildiriblər. Lexus IS və Mercedes-Benz C-Class koreya sedanından geridə qalıblar.

Amerikalıların rəyinə görə, orta ölçülü avtomobillər arasında ən yüksək keyfiyyətə Chevrolet Malibu malikdir. Ancaq bu, modelin gələcək taleyinə təsir göstərməyəcəkdir, çünki bir neçə ildən sonra General Motors konserni onun istehsalına son verə bilər. Ford Fusion və Kia Optima modelləri da ən keyfiyyətli modellər siyahısına daxil olmağa müvəffəq olublar.

Orta ölçülü idman avtomobilləri seqmentində Ford Mustang ən yüksək mövqedədir - hətta, ona rəqib də tapılmayıb. Mustang dəfələrlə satış rəqəmləri baxımından dünyada ən populyar idman avtomobili kimi tanınıb. İndi isə, onu keyfiyyətinə görə qiymətləndiriblər.

Orta ölçülü premium avtomobilləri kateqoriyasında iki "amerikalı" və bir "koreyalı" təmsil olunur. Bunlar, yerli avtomobillər olan Cadillac CT5 və Lincoln MKZ modelləridir. Koreya təmsilçisi isə Kia Stinger modelidir.

Üst orta ölçülü seqmentdə olan avtomobillər öz sinifindən kənara çıxmış, lakin hələ də növbəti səviyyəyə çatmamış modellərdir. Burada "koreyalıların" iştirak etməsinə baxmayaraq, Cadillac CT6 sedanı hələ də ən yüksək keyfiyyətli hesab olunur. Genesis G80 isə şərəfli ikinci yer tutur.

Orta ölçülü avtomobillərdən tam ölçülü avtomobillərə keçirik. Kütləvi seqment modellərindən Nissan Maxima və Dodge Charger ən yüksək keyfiyyətli modellər olaraq tanınıb ...

… premium seqmentdə isə almanlar liderlik edir: siyahıda birinci yeri BMW 8 Series, ikinci yeri 7 Series flaqman sedan, üçüncü yeri isə Porsche Panamera liftbeki tutur.

İndi isə krossoverlərə keçid alırıq. Burada bizi yenidən koreyalılar gözləyirlər. Small SUV sinif modellərinin siyahısında birinci yeri ən az şikayət sayı ilə Kia Soul tutur. Onu Toyota C-HR, Buick Encore, Chevrolet Trax və Mitsubishi Outlander Sport modelləri izləyir.

Premium subkompaktlar sinifinin birincisi Jaguar E-Pace krossoveri olub. Bu, J.D Power reytinqinə daxil olan ilk Britaniya avtomobilidir. Onunla birlikdə Lexus UX və BMW X2 modelləri yüksək qiymətlər alıblar.

Kompakt krossoverlər seqmentində ən az problem yaşayanlar Hyundai Tucson sahibləri olublar. Modelə yaxşı tələbat var: 2019-cu ildə onun satışları 137.381 nüsxə təşkil edib. Kia Sportage və Chevrolet Equinox alıcıları isə daha çox problemlərlə üzləşiblər.

Kompakt premium krossoverlər kateqoriyasında satışlardakı ümumi payı ən azı 80% təşkil edən üç model təmsil olunur. Birinci yeri ən az şikayət alan Cadillac XT4 krossoveri tutub, ikinci və üçüncü yerləri BMW X4 və Lexus NX bölüşdürüblər.

Orta ölçüyə malik olan krossoverlər seqmentində gözlənilmədən 100 avtomobildə ən az şikayətlə qarşılaşan Nissan Murano qalib olub. Ötən ilin qalibi Hyundai Santa Fe üçüncü yeri tutub. İkinci yer Chevrolet Blazer modelinə qismət olub.

Lexus RX keçən il əldə etdiyi yüksək reytinqini qoruya bilməyib və bu il birinci yerdən üçüncüyə geriləyib. Bu seqmentdə birinci yeri digər Lexus modeli - GX ofrouderi tutub, Onu Lincoln Nautilus təqib edir.

Üst orta ölçülü krossoverlər seqmentinə Kia Sorento rəhbərlik edir. Koreya krossoveri ən az sayda şikayətlə rastlaşıb və bunun sayəsində Dodge Durango və Toyota Highlander modellərini qabaqlayır.

Eyni seqmentin premium bölümünə minik avtomobillərində olduğu kimi, yenidən almanlar başçılıq edir. İlk iki yeri BMW X6 və X5 modelləri tutur. Üçüncü yerdə Audi Q8 qərarlaşıb.

Maraqlıdır ki, ölçünün artması ilə BMW modelləri keyfiyyətlərini itiriblər, buna görə də iri premium yolsuzluq avtomobilləri kateqoriyasında iri X7 krossoveri üçüncü yeri tutub. Onun qarşısında iki "amerikalı" var: Cadillac Escalade və Linkoln Navigator.

Əsas seqmentlərdə nəticələri başa vuraraq, Yeni Dünyada populyar olan miniven və pikaplara keçək. Ailəvi minivenlər arasında ən problemsiz avtomobil Kia Sedona adlandırılıb. Reytinqin ikinci pilləsini Honda Odyssey tutub.

Yüngül pikaplar seqmentində ən az problem yaşayan üç model var. Bu pikaplar, reytinqdə birinci yeri tutan Ford Ranger və onu təqib edən Chevrolet Colorado və Honda Ridgeline modelləridir.

Böyük pikaplarn alıcıları Toyota Tundra modelinə üstünlük veriblər, Bir il əvvəl bu reytinqə Chevrolet Silverado 2500HD başçılıq edirdi. İndi isə o, ilk üçlükdə belə deyil. İkinci və üçüncü yerdə GMC Sierra və Ford F-150 qərarlaşıb.

Son Large Heavy Duty Pickap seqmentinə Bu sinifin ən yüksək keyfiyyətli modeli Ford Super Duty seçilib. İkinci pilləni Chevrolet Silverado HD tutub.