Beş il əvvəl F-Pace modeli Jaguar markasının ilk krossoveri statusunda debüt edib. Hazırda bu model, ingilis markasının qlobal satışlarının təxminən üçdə birini təşkil edr və ən populyar Jaguar avtomobili sayılır. Bu gün Jaguar şirkəti plan üzrə yenilənmiş F-Pace krossoverini təqdim edib. Buna görə də, şirkət marketoloqlarının və mühəndislərinin, sonradan digər Jaguar modellərində quraşdırılacaq bir sıra vacib yenilikləri ilkin olaraq F-Pace modelində tətbiq etməsi heç də təəccüblü deyil.

Bununla belə, ilk baxışdan F-Pace modelinin ciddi şəkildə yeniləndiyini söyləmək olmaz: dizayndakı dəyişiklikləri əsas deyil. Genişləndirilmiş radiator barmaqlığı ilə kapotun ucundakı bənd yoxa çıxıb, yeni bamperlər peyda olub. Standart ön fənərlər artıq işıqdiodlarından hazırlanır və vizual olaraq iki yerə bölünüblər. Arxa fənərlərin naxışı artıq I-Pace elektrik krossoverindəki ilə eynidir. Əlavə ödəniş ilə matrisa fənərlərini və animasiyalı dönmə siqnallarını sifariş etmək olar.

İnteryerdə baş vermiş dəyişikliklər daha geniş xarakterlidirlər: yenilənmədəm əvvəlki krossoverdən demək olar ki, heç nə qalmayıb. Mərkəzi konsolda əsas yeri maqnezium xəlitəli çərçivəyə malik olan Pivi Pro mediasisteminin (əvvəlki sensorlu ekran 10-düymlük idi) 11,4-düymlük ekranı tutur. Displey təkmilləşdirilmiş qrafikaya, sadələşdirilmiş menyu quruluşuna, iki SİM-kart (məlumatların paralel yüklənməsi üçün) və "hava" üzərindən yeniləmək qabiliyyətinə sahib olub.

Rəqəmsal cihazlar paneli 12,3-düymlük  ölüçsünü qorusa da, yeni tərtibata malikdir. Proyeksiya displeyi də mövcuddur. Mərkəzi konsolda bir cüt fırlanan şaybası olan sensorlu displey yerləşir. Bu şaybaların funksionallığı seçilmiş menyu başlığından asılı olaraq dəyişir. Avtomatik transmissiyanın mərkəzi tuneldəki şaybası coystik ilə əvəzlənib. Qapı panelləri də yenidir: pəncərələrin idarəetmə düymələri pəncərə altından (bu Land Rover modellərinə xas olan cəhətdir) dirsəkaltılara köçürülüb. Sükan üzərində sensorlu düymələr pey olublar.

Salonda xırda əşyaları saxlamaqı üçün daha çox yer nəzərdə tutulub: məsələn, mərkəzi tunelin kənarındakı kiçik yerlərin əvəzinə, indi böyük "keçid" bölməsi mövcuddur. Konsolun əsasında isə, smartfonların simsiz doldurulması üçün meydança vardır. Yeni oturacaqlar daha geniş isitimə və soyutma zonalarına malik olublar. Opsiyalar siyahısına aktiv səs-küy azaltma sistemi və hava ionlaşdırıcısı daxil edilib.

Texniki hissədə çoxlu sayda dəyişikliklər vardır.  Jaguar F-Pace krossoverinin model çeşidindən mexaniki ötürmələr qutusu və arxa ötürmə ilə təchiz edilən ən sadə modifikasiyalar çıxarılıb. İndi krossover yalnız tam ötürmə sistemi və səkkiz pilləli "avtomat" ilə təchiz edilir. Bundan başqa, Jaguar F-Pace modeli Ford dövründən qalan V6 mühərriklərindən qurtulub. Artıq modelin mühərrik çeşidi yalnız Ingenium mühərriklərindən ibarətdir,  lakin variantların ümumi sayı azaldılıb.

Əvvəllər üç variantda (163, 180 və ya 240 at qüvvəsi) mövcud olan 2,0-litrlik dördsilindrli turbo dizel, indi 163 və ya 204 at qüvvəli təkmilləşdirilmiş versiyalarda təklif olunur. İki modifikasiyada (250 və 300 qüvvəsi) təklif edilən dördsilindrli benzin turbomühərriki yalnız 250 at qüvvəli versiyada təklif edilir. Bununla belə, indi krossoverin mühərrik çeşidinə, əvvəllər yalnız Land Rover və Range Rover avtomobillərində quraşdırılan 3,0-litrlik altısilindrli mühərriklər daxil edilib. Benzin mühərrikləri 340 və 400 at qüvvəsi, dizel isə 300 at qüvvəsi hasil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropa bazarında satılan krossoverlərin təchiz edildiyi bütün dizel və 3,0-litrlik benzin mühərrikləri 48 voltluq startyor-generatorı ilə təchiz olunacaqdırlar. 300 at qüvvəli turbodizel ilə təchiz edilən yenilənmiş Jaguar F-Pace modeli 100 km/saat həddinə 6,4 saniyəyə sürətlənir.

Avropalı alıcılar Jaguar F-Pace P400e təkrar doldurula bilən hibrid modifikasiyasını da almaq şansına malik olacaqdırlar. Tərkibinə 2,0-litrlik benzin turbomühərriki və elektrik mühərrikidaxil olan hibrid güc qurğusunun ümumi hasilatı  404 at qüvvəsi və 640 Nm fırlanma təşkil edir. Yük bölməsinin döşəməsinin altında yerləşən litium-ion dartma batareyasının tutumu 17.1 kilovat-saatdır. Dolu batareya ilə Jaguar F-Pace P400e modeli sırf elektrik rejimində 53 kilometrə qədər məsafə qət edə bilər.