Jaguar şirkəti özünün 70 illik yubileyinə F-Type kupe və rodsterinin Chequered Flag Limited Edition adlı xüsusi versiyasını hazırlayıb. R-Dynamic modfikasiyasının bazasında inşa edilmiş avtomobillər eksteryer və interyerin xüsusi tərtibatına, həmçinin iki rəngli 20-düymlük təkər disklərinə sahib olublar.

Jaguar F-Type Chequered Flag Limited Edition qara rəngli damı, interyerin Windsor Leather dərisi ilə tərtibatı, başlıqlarında damalı bayrağın təsviri olan idman oturacaqları, mərkəzi konsolun tutqun alüminium ilə tərtibatı və sükan çarxının qırmızı rəngli “0” nöqtəsi ilə seçilir.

Bundan başqa, xüsusi seriyadan olan avtomobillər genişləndirilmiş yan ətəkləri olan Exterior Black Design Pack staylinq-dəstinə, 20-düymlük təkər disklərinə və qırmızı rəngli əyləc supportlarına sahib olublar. Kupe və rodsterin təchizatına 10-düymlük displeyi olan və Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən Touch Pro multimedia sistemi, Meridian səs sistemi də daxil edilibdir.

Jaguar F-Type Chequered Flag Limited Edition modifikasiyası Ingenium ailəsindən olan 300 at qüvvəli 2,0-litrlik “turbodördlük”, həmçinin 340 və 380 at qüvvəli 3,0-litrlik V6 mühərriki ilə təklif edilir. Güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışırlar. Ötürmə - arxa və ya tam çəkişli ola bilər.

Mənbə: Auto Express

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt