Jaguar Land Rover alyansı yaxın onillikdə Jaguar şirkətini elektromobillər istehsalçısına çevirmək niyyətindədir. Növbəri beş-yeddi il ərzində daxili yanacaq mühərrikli modellərin model xətti tədricən ixtisara salınacaqdır. Yeni ailənin ilk avtomobili bayraqdar XJ sedanının elektrik xələfi olacaqdır.

"Autocar" dərgisinin məlumatına görə, elektrik güc aqreqatı ilə təchiz edilən Jaguar XJ sedanı yaxın iki ildə işıq üzü görəcəkdir. Yeni XJ elektrokarı Porsche Taycan, Tesla Model S, həmçinin Mercedes-Benz S-Class və Bentley Flying Spur modelləri olacaqdır. Yeni Jaguar XJ modelinin 1967-ci ildən bu günə qədər davam edən üslubuna yenidən baxılacaqdır. Məsələn, model müasir interyerə malik olacaqdır.

Jaguar XJR575

XE və XF modellərinə gəldikdə isə onların istehsal dövrü 2023-cü ildə başa çatacaqdır. Bu modelləri Audi e-tron krossoverindən bir qədər iri olacaq elektrokrossover ilə əvəzləyə bilərlər. Növbəti nəsil i-Pace modeli isə 20205-ci ildə debüt etməlidir. E-Pace və F-Pace modelləri də istehsalatdan çıxarılacaqdır. Demək olar ki, Jaguar 2026-cı ildə tamamilə elektrikləşəcəkdir. istehsalçının model xəttində DYM ilə təchiz edilən yeganə model J-Pace bayraqdar krossoveri olacaqdır.