Aprel ayının 9-dan 17-dək Moab şəhəri (Yuta ştatı, ABŞ) yaxınlığında illik Easter Jeep Safari ofroud festivalı keçiriləcəkdir. Jeep şirkəti ənənəvi olaraq bu tədbir üçün qeyri-adi şou avtomobilləri hazırlayıb. Bu il korporativ desant yeddi ofrouderdən ibarətdir, lakin əsas eksponat, bir il əvvəl olduğu kimi, elektromobil olub.

Jeep Wrangler Magneto 2.0 Concept konsepti keçən ilki Jeep Magneto layihəsinin inkişafıdır: belə demək mümkündürsə, onun yenilənmiş və təkmilləşdirilmiş versiyasıdır. 290 at qüvvəsi və 370 Nm fırlanma anına “benzin” dartma xüsusiyyətinə malik olan əvvəlki elektrik mühərrikinin əvəzinə 634 at qüvvəsi və 1152 Nm fırlanma anı hasil edən yeni aqreqat quraşdırılıb. Eyni zamanda, Rock-Trac paylayıcı qutusu olan tam ötürmə sistemi və hətta altı pilləli mexaniki transmissiya da qorunub saxlanılıb! Yaradıcılarının fikrincə, belə Wrangler nəinki yolsuzluqda hərəkət edə, o həm də təxminən iki saniyəyə 60 mil/saat (97 km/saat) sürətini yığa bilir.

Image alt Image alt

Wrangler Magneto 2.0 modeli 70 kilovat-saatlıq dartma batareyasına malikdir, lakin konseptin yürüyüş məsafəsi barədə məlumat verilməyib. Yeni elektrokar keçən ilki prototipdən (və donor Wrangler modelindən) 305 millimetrə qədər uzadılmış təkər bazası ilə fərqlənir. Digər cəhətlər arasında 76 millimetr artırılmış klirens, 40 düymlük ofroud şinləri, təhlükəsizlik qəfəsinin plastikdən örtükləri və karbondan hazırlanmış təkər tağlarının genişləndiriciləri var. Hələlik bu sadəcə şou avtomobilidir, lakin Jeep həqiqətən də elektrik ofrouderləri haazırlayır, odur ki, Magneto bu layihənin aralıq mərhələlərindən biri hesab oluna bilər.

Image alt Image alt

Qalan altı avtomobil, sadəcə olaraq konstruksiyalarına müxtəlif dərəcədə müdaxilələr edilmiş seriya Jeep avtomobillərinin tüninqinin nəticəsidir. Jeep Rubicon 20th Anniversary Concept prototipi Wrangler ofrouderinin 2002-ci ildə debüt etmiş ekstremal Rubicon versiyasının 20-ci ildönümünü qeyd etmək üçün yaradılıb. Şou avtomobili V8 mühərriki olan Jeep Wrangler Rubicon 392 modelidir və təkmilləşdirmələrə idarə edilən çəpərciyi olan buraxılış sistemi, 50 millimetr artırılmış klirens, 37 düymlük palçıq şinləri və inteqrasiya olunmuş Warn bucurqadı olan yeni ön bamper daxildir.

Image alt Image alt

Jeep '41 Concept konsepti İkinci Dünya Müharibəsindən qalan Willys MB modeli üslubunda tərtibata malikdir. Jeep Wrangler 4xe hibridinə əsaslanan konseptin əsas xüsusiyyətləri tutqun kuzov boyası, 35 düymlük şinləri olan 17 düymlük polad disklər və qum rəngində tentidir. Nostaljik konsept həmçinin 50 millimetr artırılmış klirensə və Warn bucurqadı quraşdırılçış yeni ön bamperə malikdir.

Image alt Image alt

Jeep Birdcage Concept də hibrid ofrouderin əsasında yaradılıb. Bu işə Jeep Performance Parts bölməsi cavabdeh olub, ona görə də onlar sadəcə olaraq avtomobil üçün təklif edilən aksessuarların vitrinini hazırlayıblar: xarici diametri 37 düym olan BF Goodrich şinləri, bedloklu disklər, Fox amortizatorları, bamper əvəzinə bucurqad üçün güc çərçivəsi, orijinal qanadlar, damın karkasındakı LED projektorlar, 270 kiloqramlıq ekspedisiya baqajı və sairə.

Image alt Image alt

Jeep Bob Concept ofrouderi, adından da göründüyü kimi, 300 millimetr qısaldılmış arxa kuzov çıxışına malik olan dizel mühərrikli Jeep Gladiator Rubicon pikapıdır. Ön bamper “kəsilmiş”, xarici diametri 40 düym olan təkərlər avtomobilin demək olar ki, künclərində quraşdırılmışdır. Pikap gücləndirilmiş Dynatrac Pro-Rock 60 körpüləri, digər yaylar və amortizatorlar, habelə 76 millimetr artılımış klirens ilə təchiz olunub. Kabin mərkəzi sütunlardan (baxmayaraq ki, boru çərçivəsi qorunub saxlanılır) və ümumiyyətlə qapılar üçün bütün bağlayıcılardan məhrum edilib, dam əvəzinə isə sadə tent çəkilib.

Image alt Image alt

Gladiator pikapının əsasında hazırlanmış Jeep D-Coder Concept prototipi də öz parlaqlığı ilə seçilir, lakin burada konstruksiyaya ciddi müdaxilə edilməyib. Jeep Performance Parts öz assortimentindəki və Mopar bölməsinin çeşidindəki çoxsaylı aksesuarları quraşdırıb: buraya bamperlər, boru qapılar, şnorkel, digər təkərlər, projektorlar, kuzovun güc baqajı və sairə daxildir.

Image alt Image alt

Nəhayət, yeddinci şou avtomobili hibrid güc aqreqatı ilə təchiz edilmiş yeni Jeep Grand Cherokee Trailhawk PHEV ofrouderinə əsaslanır. Seriya avtomobili ilə müqayisədə fərqlər azdır: ofrouder gücləndirilmiş dam reylinqlərini, mavi dekoru, xarici diametri 33 düym olan BF Goodrich palçıq şinləri taxılmış 20-düymlük təkər disklərini əldə edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.