Bu gün JeepGladiatorForum.com saytı Jeep şirkətinin Wrangler modelinin bazasında inşa etdiyi Gladiator pikapının şəkillərini dərc edib. Saytın iddiasına görə, onlar bu şəkilləri FCA-nın saytından köçürdüblər.

Bir müddət bundan öncə, Jeep Gladiator pikapının Sport, Overland və Rubikon modifikasiyalarına sahib olacağı barədə məlumat yayılmışdı. Hazırda Jeep Wrangler modeli Sport S və Sahah modifikasiyaları ilə yananşı Sport və Rubikon təchizat səviyyələrində təklif edilir. Çox güman ki, Overland daha ağır yolsuzluq üçün nəzərdə tutulan avadanlıq siyahısına sahib olacaqdır.

Forum iştirakçılarının əldə etdiyi məlumata görə,pikap üçün iki növ çəkiş sistemi nəzərdə tutulub: paylayıcı qutuya və hər iki körpüdə quraşdırılmış elektron qapanmalı Tru-Lok differensiallarına malik olan Rock-Trac və ön oxun məcburi qoşulması olan Command-Trac sistemi. Gladiator yeni nəsil Dana 44 körpüləri və 33-düymlük yolsuzluq şinləri ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt

Yeni pikap 3470 kiloqram çəkiyə malik olan qoşqunu yedəyə ala bilər. Avtomobilin yükgötürmə qabiliyyəti 725 kiloqramdır. Bundan başqa, Gladiator modeli adi yollarda rəvan gedişi təmin edəcək asqı ilə də təchiz ediləcəkdir. Pikapın mühərrik çeşidinə start-stop sistemi olan 3,6-litrlik V6 Pentastar mühərriki və 3,0-litrlik dizel mühərriki daxildir. Hər iki aqreqat səkkiz pilləli “avtomat” ilə təchiz ediləcəkdir. Benzin mühərriki ilə 6-pilləli mexaniki qutunu da sifariş etmək olar. Modelin təchizatına Uconnect multimedia sistemi və yolsuzluq videokamerası (Rubicon versiyası) daxil olacaqdır.

Jeep Galdiator modelinin təqdimatı bu ayın sonunda işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir.