Beləliklə, Jeep şirkəti verdiyi vədə əməl edib. Bu gün amerikan istehsalçısı Wrangler Rubicon 392 konseptinin seriya variantının istehsalına başlayıb. Məşhur ofrouderin ən güclü versiyası V8 mühərriki, səkkiz pilləli avtomatik transmissiya və iki pilləli paylayıcı qutusu olan Selec-Trac tam ötürmə sistemi ilə təchiz edilir. Üstəlik, ofrouder Dodge Challenger SRT Super Stock modelindən götürülmüş lonç-kontrola və Torque Reserve funksiyasını əldə edib.

Jeep Wrangler Rubicon 392 modeli V8 mühərriki ilə hərəkətə gələn ilk seriya Wrangler ofrouderidir. ofrouderin kapotunun altında 481 at qüvvəsi və 637 Nm fırlanma anı hasil edən 6.4-litrlik HEMI mühərriki quraşdırılır. Güc aqreqatı mexaniki rejimi və sükanaltı dəstəkləri olan səkkiz pilləli TorqueFlite 8HP75 avtomatik ötürmələr qutusu, habelə azaldıcı ötürmələri olan iki pilləli MP3022 paylayıcı qutusu ilə təchiz edilir.

Jeep Wrangler Rubicon 392 modeli 818 at qüvvəli Dodge Challenger SRT Super Stock modelindən götürülmüş Torque Reserve funksiyasını alıb. Bu funksiya iki pedaldan start götürən zaman fırlanma anı ehtiyatı yaradır. Bundan əlavə, ofrouder Jeep Grand Cherokee Trackhawk modelindən AMax ötürmələrin dəyişdirilməsi alqoritmini də əldə edib. Bütün bunlar Wrangler Rubicon 392 modelinə 60 mil/saat həddinə (97 km/saat) 4,5 saniyəyə sürətlənməyə, standart dreq məsafəsini (402 metr) isə 13 saniyəyə qət etməyə imkan verir.

Artmış gücə davam gətirməık üçün lonjeronlar və asqının yuxarı qolları, çuqundan dönən dirsəklər gücləndirilmiş, yeni yüksək məhsuldarlıqlı əyləc mexanizmləri quraşdırılmışdır. Ofrouder Tru-Lok elektron kilidləri olan üçüncü nəsil Dana 44 oxlarını və hi=dravlik qıfılı olan stabilizatoru qoruyub saxlayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bonus olaraq Mopar liftinq dəsti (+50 mm), xüsusi tənizmləmələri olan monoborulu Fox amortizatorları, xarici radiusu 35 düym olan təkərlər və funksional Tri-Level Hydro-Guide hava girişi olan kapot (bir dəqiqə ərzində mühərrik bölümündən57 litr su çıxara bilir və kirin daxil olmasına imkan vermir) təklif olunur.

Jeep Wrangler Rubicon 392 modelinin təchizatına dəri salon, 8.4-düymyük ekranı olan Uconnect mediasistemi, qızdırılma dəsti və adi Wrangler üçün əlavə ödəniş ilə təklif olunan 11 opsiya daxil edilib. Ofrouderin kuzovunu mövcud olan doqquz rəngdən birinə bouatdırmaq olar. Yeni ofrouderin qiyməti hələlik açıqlanmayıb, lakin amerikalı jurnalistlər Wrangler Rubicon 392 modelinin 70.000 dollara başa gələcəyini təxmin edirlər.