Bu gün Jeep şirkəti ən iri və dəbdəbəli premium ofrouderlər ilə rəqabət aparacaq modelini təqdim edib. Beləliklə, amerikan markası mərhum Sercio Markionnenin arzusunu yerinə yetirmiş olub - FCA konserninin keçmiş rəhbərinin vəd etdiyi kimi, yeni Jeep iki versiyada - Wagoneer və Grand Wagoneer versiyalarında debüt edib.

Hər iki ofrouder Grand Cherokee L modelindən daha böyükdür və aparıcı kuzov yerinə rama konstruksiyasına malikdirlər. Şassi və əsas komponentlər baxımından Wagoneer ailəsi Ram 1500 pikapı ilə unifikasiya edilib.

Jeep Wagoneer

Wagoneer və Grand Wagoneer modelləri eyni kuzova malikdirlər və ölçülərinə görə bir-birindən fərqlənmirlər. Avtomobillərin uzunluğu 5435 millimetr, eni - 2123 millimetr, hündürlüyü - 1920 millimetr, təkər bazasının ölçüsü isə 3124 millimetrdir. Maraqlıdır ki, nə kuzovda, nə də salonda Jeep markasından bəhs edilmir: flaqman modeli digər modellərindən ayrı olaraq mövqeləndirilsə də, yeddi şaquli kəsiyi olan firma radiator barmaqlığı yerində qalıb.

Qiyməti 58.000 dollardan başlayan baza versiyalı Jeep Wagoneer modeli Chevrolet Tahoe, Ford Expedition və Toyota Sequoia kimi avtomobillərlə rəqabət aparmalıdır. Ofrouder səkkiz və ya yeddi yerlik üç oturacaq sırası olan salona malikdir: ikinci halda, ikinci sırada üç nəfərlik divanın əvəzinə ayrı “kapitan” kresloları quraşdırılır.

Jeep Wagoneer

Daxili həcm baxımından (Amerikada bu göstərici avtomobillər üçün adi ölçü vahididir), Wagoneer Tahoe modelini xeyli qabaqlayır: 4,07 kubmetrə qarşı 5,08 kubmetr. Buradakı üçüncü sıra heç də “uşaqlar üçün” deyil və orada həqiqətən də üç sərnişin yerləşə bilər. Cərgələrin arxasındakı baqaj bölümü isə, amerikan EPA metoduna görə 776 litrlik tutuma malikdir.

Jeep Wagoneer iki qollu sükan, 10,3 düymlük virtual cihazlar paneli və 10,1 düymlük sensorlu ekranı olan Uconnect 5 mediasistemi ilə təklif edilir. Klimat-kontrola nəzarət etmək üçün ekranın altında analoq düymələr bloku yerləşdirilib. Eyni zamanda, nappa dərisi ilə örtülmüş salon standart təchizata daxildir.

Jeep Wagoneer

Avtomobil ön tərəfində ikiqollu, arxada isə beşqollu müstəqil asqısı olan şassiyə malikdir. Xatırladaq ki, donor sayılan Ram 1500 arxa oxda bütöv körpü ilə təchiz edilir. Standart asqı sistemi 211 millimetrlik klirensi olan yaylı asqıdır. Əlavə ödənişlə, parkinqdə “otura” bilən və ən yuxarı vəziyyətində isə 257 millimetrlik klirensi təmin edən Quadra-Lift pnevmoasqısı təklif olunur.

Jeep Wagoneer modeli səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışan, startyor-generatoru olan, 397 at qüvvəsi və 548 Nm fırlanma anı hasil edən 5,7-litrlik V8 benzin mühərriki ilə təchiz edilir. Ən sadə versiya arxa ötürməlidir, lakin markanın ənənəsinə uyğun olaraq, tam ötürmə sistemləri dəsti də təklif edilir. Baza Quadra-Trac I versiyası, ön oxda muftanı ehtiva edir, Quadra-Trac II isə azaldıcı ötürmə ilə tamamlanır. Quadra-Drive II isə əlavə olaraq, arxa differensialın elektron kilidinə malikdir.

Jeep Wagoneer

ABŞ-da Jeep Grand Wagoneer qiyməti 87.000 dollardan başlayır. Bu ofrouder Cadillac Escalade, Lincoln Navigator və Lexus LX modelləri ilə rəqabət aparacaqdır. “Qrandın” baza Wagoneer modelindən vizual fərqləri o qədər də çox deyil - odur ki, premium variantı hərəkət axınında tanımaq asan olmayacaq. Fərqlər - başqa dizayna malik olan bamperlər, bolluca xrom tərtibat, fənərlərin fərqli tərtibatı və kapotun dəyişdirilmiş formasıdır. Ön tərəfdəki “Wagoneer” yazısı kapotun ucunda deyil, radiator barmaqlığında yerləşir.

Grand Wagoneer modelinin salonu adi Wagoneer modelindən daha bahalı tərtibatı ilə fərqlənir: interyerdə ağac və alüminiumdan istifadə olunur, nappa dərisi isə standartdır, amma daha bahalı variantlar üçün yüksək keyfiyyətli dəri nəzərdə tutulur. İkinci sıradakı “kapitan” kresloları da standartdır. Maraqlıdır ki, Grand modelinin ön oturacaqlarının idarəetmə pultları qapılarda yerləşdirilib.

Jeep Grand Wagoneer

Bundan başqa, Grand Wagoneer modeli ekranların ölçüsünə görə də fərqlənir: virtual cihazlar panelinin ekranı 10,3-dən 12,3 düymə, multimedia sisteminin isə 10,1-dən 12 düymə qədər artırılıb.

Ancaq əlavə ödəniş qarşılığında Grand Wagoneer modelini daha beş ekranla sifariş etmək olar: orta konsolun altındakı 10,3-düymlük ekran (iqlim nəzarəti və qızdırılmalar üçün), ön sərnişin üçün 10,3-düymlük ekran (musiqi və əyləncə üçün), ikinci sıranın sərnişinləri üçün iki multimedia ekranı ( ön oturacaqların arxa tərəfində) və ikinci sıra oturacaqlar arasındakı mərkəzi ekran (arxa iqlim nəzarəti üçün). Ümumilikdə yeddi ekran alınır.

Jeep Grand Wagoneer

Bundan əlavə Grand Wagoneer modeli 19 dinamiki və 950 vatt gücündə olan McIntosh səs sistemi ilə təchiz edilir. Əlavə ödəniş ilə, 23 dinamiki və 1375 vatt gücü olan daha qabaqcıl versiyanı quraşdırmaq olar.

Bundan başqa, ofrouderin standart təchizatına zolaq saxlama funksiyası olan Active Driving Assist adaptiv kruiz-kontrolu daxildir. İlin sonuna kimi, sistem, magistral yolda hərəkət edərkən sükanı sərbəst buraxmağa da icazə verəcəkdir. Adi Wagoneer modeli üçün bu sistem ödənişli opsiyadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Grand Wagoneer modeli daha güclü 477 at qüvvəsi və 617 Nm fırlanma anı hasil edən 6,4-litrlik V8 mühərriki və səkkiz pilləli “avtomat” ilə təchiz olunur. Standart olaraq, ofrouder Qudra-Trac II tam ötürmə sistemi və pnevmoasqı ilə təchiz edilir. Wagoneer modelinin bütün versiyaları 4,5 tona qədər çəkisi olan qoşqunu yedəyə ala bilərlər. Əlavə ödəniş ilə, altlığın metal ilə qorumasını nəzərdə tutan Advanced All-Terrain Package dəsti təklif olunur.

Jeep Wagoneer və Grand Wagoneer modelləri Amerika bazarında yazın sonuna qədər satışa çıxarılacaqdır. Avtomobillərin digər bazarlardakı debüt tarixi açıqlanmayıb .