Jeep şirkətinin Wrangler ofrouderinin pikap kuzovuna malik olan modfikasiyasını hazırlaığı məlumdur. Yeni pikapın kamuflyaja bürümnüş protoipləri dəfələrlə avtomobil aləminin fotocəsuslarına rast gəlibdir. Hər kəs pikapın adının Scrambler olacağını düşünsə də, dünən yayılan xəbər yeni modelin Gladiator adlandırılacağını bildirib.

Motor1.com saytına daxil olan məlumatda FCA ittifaqının media saytından skrinşot edilmiş fotoşəkildə 2020 Jeep Gladiator yazısı olan bölüm əks etdirilib. Sonradan bu yazı silinsə də, istifadəçilər səhifənin surətini çıxarmağa müvəffəq olublar.  Xatırlatmaq gərəkdir ki, keçən əsrin 60-cı illərində Jeep bu addan istifadə edib və hətta, 2005-ci ildə eyni adlı pikapın konseptini də hazırlayıb.

Eyni zamanda, adının çəkilməsini istəməyən mənbə Jeep Gladiator pikapının Sport, Overland və Rubikon modifikasiyalarına sahib olacağını da söyləyib. Hazırda Jeep Wrangler modeli Sport S və Sahah modifikasiyaları ilə yananşı Sport və Rubikon təchizat səviyyələrində təklif edilir. Çox güman ki, Overland daha ağır yolsuzluq üçün nəzərdə tutulan avadanlıq siyahısına sahib olacaqdır.

Jeep Galdiator modelinin təqdimatı bu ayın sonunda işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir.

2005 Jeep Gladiator Concept