Renault-Nissan-Mitsubishi alyansının sabiq rəhbəri Karlos Qon 11 aprel tarixində mətbuat konfransı keçirəcəyi barədə bəyanat verib. Yapon həbsxanasında yenicə canını qurtaran Qon, necə deyərlər, “sandığı açıb, pambığı ortaya tökəcəyini” bildirib. O, ona qarşı irəli sürülmüş uydurma maliyə fırıldaqları ittihamlardan tutmuş həbsinə qədər olanlar barədə həqiqəti danışacağına söz verib. Bu barədə sabiq to menecer öz tvitterində yazıb.

Xatırladaq ki, Karlos Qonu 19 noyabr tarixində Haneda hava limanında həbs edilib. Top meneceri gəlirləri gizlətməkdə və şirkətin vəsaitlərini məqsədsiz xərcləməkdə ittiham edirdilər. 20 dekabr tarixində Yaponiya prokurorluğu Nissan şirkətinin müraciətindən sonra Karlos Qona və Qreq Kelliyə qarşı rəsmi ittiham irəli sürmüşdü. 

Nissan şirkəti Braziliya məhkəməsində Karlos Qonun böyük bacısı Klodin Bişar de Oliveyraya qarşı iddia irəli sürüb. Şirkət Oliveryeranı ədalətsiz və qeyri-qanuni yolla varlanmaqda ittiham ediblər. Oliveyra Nissan şirkətinə göstərdiyi konsaltinq xidmətləri qarşılığında ildə 100 min dollar alıbmış. Bu barədə yapon şirkətinin maliyyə departamentinə göstərişi Karlos Qon şəxsən verib. Şirkət nümayəndələri isə, Oliveyranın belə bir xidməti göstərmədiyini, eyni zamanda, Nissan şirkətinin puluna alınmış Rio-de-Janeyrodakı mənzildə yaşadığını bildiriblər.

Qonun həbsindən sonra Nissan şirkətinin direktorlar şurası onu tutduğu vəzifələrindən çıxarıb. Nissan şirkətinin ardınca Mitsubishi də eyni addımı atıb. Renault şirkətində tutduğu vəzifələrdən Qon özü istefa edib. Mart ayının əvvəlində məhkəmə Qonu bir milyard yen girov qarşılığında həbsdən buraxmağa icazə verib.