Karlos Qonun Yeni il öncəsi azadlığa çıxmaq ümidi puç olub. Yapon məhkəməsi top-menecerin ikinci həsbini uzatmaqdan imtina etməsi və apelyassiyanın da bu qərarı dəstəkləməsindən sonra, yerli prokurorluq hazırladığı növbəti dəlili məhkəməyə təqdim edib.

Bu dəfə Karlos Qona qarşı Nissan şirkətinin daxili tədqiqatının hesabatında qeyd edilən məlumatlar məhkəmənin diqqətinə təqdim edilib. Prokurorluq Qonu 2008-ci ildə baş verən böhran zamanı özünün şəxsi investisiya itkilərini firmanın çiyinlərinə yükləməkdə şübhəli bilir. Məbləğ isə nə az, nə çox 16,5 milyon dollar təşkil edir. Bundan sonra, yapon məhkəməsi yenidən Qonu 10 gün müddətinə üçüncü dəfə həbs etməli olub. 

Eyni zamanda, yapon prokurorluğunun Qreq Kellinin yeni həbsi üçün səbəb tapmayıb. Kelli gələn çərşənbə axşamı girov qarşılığında azadlığa çıxa bilər.

Karlos Qon və Qreq Kelli 19 noyabrda həbs edilərək, bu günə qədər Tokionun istintaq təcridxanasında saxlanılırlar. Yerli qanunvericiliyə əsasən, həbsin maksimal müddəti 22 gün təşkil edə bilər. Bu səbəbdən də prokurorluq bu gün ya ittiham irəli sürməli, və yaxud saxlanılanları sərbəst buraxlmalı idi. İttiham irəli sürülsə belə, Qon və Kelli girov qarşılığında azadlığa çıxa bilərlər. Lakin, Yapon Femidası başqa variant nəzərdə tutub: Qon və Kelli bənzər cinayətdə şübhəli bilinərək yenidən həbs ediliblər. Bu dəfə onlar 2015-ci ildən 2018-ci ilə qədər əldə edilmiş gəlirləri gizlətməklərdə şübhəli bilinirlər. Bu isə, hər iki şəxsin 30 dekabr tarixinə kimi həbsdə qalacağını göstərir.