Kia Niro modeli 2016-cı ildə debüt edib və Kia markasının ilk hibrid avtomobili olub. İndi isə, nəsil dəyişikliyinin vaxtı çatıb: krossover simasını dəyişdirib, qeyri-standart Green Zone Drive hərəkət rejimini əldə edib. Krossover 26,6 milyon vondan başlayan qiymətlərlə satılır. Cənubi Koreyada yeni krossoverə sifarişlər artıq qəbul edilir, onun digər ölkələrdəki satışlarına isə yaxın aylarda başlanacaqdır.

Yeni Niro modelinin qiyməti ilə birlikdə onun texniki xarakteristikaları da açıqlanıb. Krossoverin təchiz edildiyi hibrid güc qurğusunun tərkibinə 1,6-litrlik benzin mühərriki və elektromotor daxildir. Güc qurğusunun ümumi hasilatı 141 at qüvvəsi təşkil edir. Hibrid aqreqat 6-pilləli ikimuftalı “robot” ilə tandemdə çalışır.

Əgər naviqator avtomobilin daxil olduğu məkanı “yaşıl zona” (parkların, xəstəxana və məktəblərin olduğu yollarda) kimi müəyyən edərsə, avtomobilin ətraf mühitə vurduğu neqativ təsiri azaltmaq üçün, yeni Green Zone Drive rejimində elektronika onu avtomatik olaraq elektrik ötürməsinə keçirir. Elektrik ötürməsindəki yürüş ehtiyatı göstərilməyib, çox güman ki, bu məsafə ilk nəsildə olduğu kimidir - 42 kilometr.

Kia şirktindən yeni Niro modelinin əsasını “üçüncü nəsil” arxitekturanın təşkil etdiyini bildiriblər, lakin arxitektura haqqında təfərrüatlar açıqlanmayıb. Yeni Niro sıələfindən 6 santimetr uzun, iki santimetr enlidir. Onun təkər bazası 2,72 metrdir (+ 2 santimetr). Baqajın həcmi də 15 litr artaraq 451 litrə çatıb, aerodinamik müqavimət əmsalı isə, əvvəlki kimi 0,29-a bərabərdir. Böyük diqqət ekologiyaya yönəldilib - tərtibatda emal edilmiş divar kağızlarından istifadə edilir, oturacaqlar isə evkalipt yarpaqlarının lifindən hazırlanmış parça ilə üzləniblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əvvəl Kia yeni nəsil təkrar doldurulan Niro PHEV və tam elektrik Niro EV versiyalarının buraxılacağını bildirmişdi. Aktual elektrokar 201 at qüvvəli elektromotor və 64 kilovat-saatlıq tutumu olan batareya ilə təchiz edilir. Dolu batareya ilə krossover 385 kilometr qət edir. Belə krossoverin yeni versiyasınıngücünün və mənzilinin artıralacağı gözlənilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.