Kia şirkətinin baş əməliyyat direktoru Demien Meredit Avstrasliyanın CarsGuide portalına koreya istehsalçısının ortaölçülü pikap üzərində çalışmalara başladığını bildirib. Pikap 2022-2023-cü illərdə satışa çıxmalı və Ford Ranger modelinə rəqib olmalıdır.

Meredit yeni pikapın iki kabina variantı (ikiyerli və beşyerli), həmçinin benzin və dizel mühərrikləri ilə təklif ediləcəyini bildirib. İkiyerli kabinaya və dizel mühərrikinə malik olan pikap Avstraliya bazarı, Şimali Amerika bazarı üçün isə, çoxyerli benzin modifikasiyası nəzərdə tutulublar.

Hyundai pikapına gəldikdə isə, onun dizaynı artıq razılaşdırılıb və hazırda modelin seriya istehsalına başlanması üçün hazırlıq işləri gedir. Pikapın istehsalına 2020-2021-ci illərdə start verilməlidir.