Kia şirkəti Avropa bazarında Stonic krossoverinin GT Line versiyasının satışlarına başlayıb. Stonic GT Line krossoveri adi modeldən yalnız “idman” dekoru ilə fərqlənir. GT Line versiyasını altı hissədəki barmaqlığın fərqli dizaynı, yeni bamperlər və səsboğucu sistemin robmşəkilli çıxış boruları sayəsində tanımaq olar. Bundan əlavə, "drayver" krossoveri 17-düymlük təkər disklərinə, kuzovun ikirəngli boyanması sxeminə və LED işıq texnikasına malikdir. İnteryerdə karbonu təqlid edən işləmələri və GT Line loqotipi olan sükan çarxı mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kia Stonic GT Line modelinin standart təchizatına adaptiv kruiz-kontrol, zolaqda saxlama və kor zonalara nəzarət funksiyası, piyada və velosipedçiləri aşkar edərək öndən toqquşmaların və arxaya hərəkət zamanı toqquşmaların qarşısını alan sistemlər daxil edilib.

Avropada satılacaq Stonic GT Line modeli alternativsiz olaraq mülayim hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Qurğunun tərkinbinə 1,0-litrlik “turboüçlük” və 48 voltluq startyor-generator daxildir. Hibrid qurğu iki güc variantında təklof olunur - 100 və ya 120 at qüvvəsi. Transmissiya çeşidinə iki muftalı "robot" və elektron mufta pedalı olan altı pilləli  "ağıllı" iMT mexaniki ötürmə qutusu daxil edilib.