Gələn ay Las Veqasda keçiriləcək istehslak elektronikasının (CES) sərgisində Kia şirkəti “emosional idarəetmə” erası barədə danışacaqdır. Cənubi Koreya istehsalçısı Las Veqasda R.E.A.D. adlı sistemi nümayiş etdirəcəkdir. Yeni sistem real vaxt rejimində sürücünün emosional vəziyyətini təhlil edərək, ətraf mühiti ona uyğunlaşdırır.

Kia Las Veqasda quracağı ekspozisiyanı Space of Emotive Driving adlandırıb. Bu ekspozisiyanın mərkəzində R.E.A.D. sistemi quraşdırlacaqdır ki, yeni texnologiyanın yaradılmasında Massaçuset texnoloji universitetinin media-laboratoriyasının emosional hesablamalar qrupu da iştirak edib. Real-time Emotion Adaptive Driving sistemi biosiqnalların oxunması və sürücünün emosional vəziyyətinin təhlili üçün süni intellektdən istifadə edir. Süni intellekt, həmçinin əldə etdiyi məlumatlar əsasında avtomobilin salonundakı məkanı fərdiləşdirir.

Kia Motors şirkətinin tədqiqat və işləmələr şöbəsinin başçısı yeni texnologiyanın avtomobilin salonunda interaktiv məkan yaratmağa, həmçinin sürücü və avtomobil arasında “emosional əlaqəni” qurmağa yardım edəcəkdir.