Kia şirkəti yenilənmiş flaqman sedanını rəsmi olaraq təqdim edib. Bununla birlikdə, nümayiş etdirilən flaqman daxili bazar üçün nəzərdə tutulan Kia K9 versiyasıdır və "qlobal" K900 modeli bir qədər sonra debüt edəcəkdir.

Lakin yenilənmiş sedan satış coğrafiyasının daralması ilə qarşılaşıb: məsələn, Kia şirkətinin Amerikadakı filialı avtomobilə olan tələbatın azalması səbəbindən (keçən il cəmi 305 avtomobil satılıb) flaqman sedanını yerli model çeşidindən çıxarıb.

Dizaynerlər sedanın görünüşü üzərində yaxşıca çalışıblar. Sedan nazik fənərlərə, daha böyük radiator barmaqlığına və yeni 19-düymlük təkər disklərinə sahib olub. Əlbəttə ki, şirkətin əvvəlkindən daha böyük  olan yeni loqosu da quraşdırılıb. Arxa fənərlər işıqlanan  zolaqla birləşdiriliblər. Nəticədə, dövlət nömrə nişanı üçün nəzərdə tutulmuş meydança baqaj qapağından bamperə köçürülməli olub.

Lakin interyerdəki yeniliklər, eksteryerə nisbətən daha azdır. Sükan üzərindəki yeni loqoya əlavə olaraq, salonda daha böyük ekrana (12,3-düymlük əvəzinə 14,5-düymlük), "hava" üzərindən proqramın yenilənməsi və smartfondan məsafədən giriş funksiyasına sahib olan yeni media sistem quraşdırılıb.

Məsələn, avtomobilin ətrafındakı vəziyyəti qiymətləndirmək üçün, hətta dairəvi görüntü kameralarına  qoşulmaq da mümkündür.

Ayrıca, yeni media sistem sürücünü barmaq izindən də “taniya” bilir, habelə oturacağın, güzgülərin, klimat-kontrolun və "musiqinin" ona məxsus olan fərdi parametrlərini yadda saxlayır. Nəhayət, təkmilləşdirilmiş səs izolyasiyasına malik olan daha qalın şüşələr indi yalnız arxada deyil, ön tərəfdə də (alın şüşəsi də daxil olmaqla) quraşdırılırlar.

Sedanın təchizatına daxil olan elektron köməkçilər kompleksi də təkmilləşdirilib. Qeyd etmək lazımdır ki, ikinci səviyyəli avtopilot Koreya bazarında artıq "bazada" quraşdırılır: əslində bu, zolaqda saxlama və yol nişanlarının oxunması funksiyalarına sahib olan adaptiv kruiz-kontroldur. 

Kia K9 modeli, radarlar və kameralardan istifadə edərək qarşıdakı hərəkət axınını analiz edən (digər avtomobillərin sürətlənmə və əyləcləmə intensivliyi) və hərəkət rejimini ona uyğunlaşdıran dünyadakı ilk belə sistemə sahib olub. Bu, avtomobilin təhlükəsizliyini yaxşılaşdırmalı və yanacaq sərfiyyatını azaltmalıdır.

Flaqman hələ də pnevmatik asqısı ilə təklif olunmur, lakin adi yaylı şassinin elektron idarəetməli amortizatorları ön kameraya bağlıdırlar: qohum Genesis markasının avtomobillərində olduğu kimi, elektronika avtomobilin qarşısındakı yol səthini skan edir və bu məlumatlara əsaslanaraq asqının sərtliyini dəyişdirir.

Altısilindrli mühərriklər dəyişilməyiblər. Bu, 315 at qüvvəli 3.8-litrlik GDI atmosfer mühərriki və 370 at qüvvəli 3.3-litrlik T-GDI turbomühərrikdir. Hər iki aqreqat səkkiz pilləli "avtomat" ilə tandemdə çalışır . Ötürmə - arxa oxa və ya tam ola bilər. Ancaq statuslu 5,0-litrlik V8 mühərriki artıq Koreyadakı mühərrik çeşidindən çıxarılıb.

Yenilənmiş Kia K9 sedanının Cənubi Koreyada 51 min dollardan başlayan qiymətlərlə satılır. Yenilənmiş flaqmanın satışlarına bu gün start verilib. Digər bazarlada satılacaq modelin debüt  tarixi və  spesifikasiyası daha sonra açıqlanacaqdır.