Koenigsegg şirkəti Jesko hiperkarının bütün tirajını satıb. İsveç markası ilk 83 müraciəti Cenevrə avtosalonun başlanmasından öncə qəbul edib. Qalan avtomobillər isə, sərgindən beş gün sonra satılıblar. İlk avtomobillərin Engelholmda yığılmasına yalnız 2020-ci ilin sonunda başlanacaqdır. Hiperkarın qiyməti üç milyon dollardan başlayır.

Koenigsegg şirkəti həftədə bir Jesko yığmağı planlaşdırır. İstehsal həcminin dəyişməməsi halında, sonuncu avtomobil yığma sexini istehsalın başlanmasından iki il yarımdan sonra tərk edəcəkdir.  Hiperkarın kiçik hissəsinin diler mərkəzləri tərəfindən alındığı məlumdur. Bu avtomobillər Cenevrədəki stendə baş çəkə bilməyən müştərilərə ünvanlanıb.

Koenigsegg Jesko iki variantda təklif edilir: trek və «sürətli» 300 Edition. Şayiələrə görə, sonuncu 483 km/saat həddinə qədər sürətlənə bilər. Hiperkar aerodinamikası, idarəetmə elektronikasının tənzimləmələri və transmissiyası ilə fərqlənirlər. Bundan başqa, Jesko 300 Edition trek üçün nəzərdə tutulmuş adi Jesko modelindən daha komfortludur. 

Koenigsegg şirkətinin banisi Kristian fon Köniqseqqin atası Jeskonun şərəfinə adlandırılmış hiperkar 1600 at qüvvəsi və 1500 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 turboaqreqatı və səkkiz pilləli LST «robotu» ilə təchiz edilir. Hiperkarın təchizatına üç amortizatoru olan Triplex asqısı, dönən arxa təkərlər və 1400 kiloqram yerəbasma gücü hasil edən aktiv aerodinamika kompleksi daxildir.