Koenigsegg şirkəti İsveçrədə yaşayan müştərisinin sifarişi ilə, kuzovu tamamilə KNC ( Koenigsegg Naked Carbon) materialından hazırlanmış ilk avtomobili inşa edib. Məlumdur ki, avtoklavda bişirilən kompozit panellər epoksid qətranından qata malik olur. Bu qat təmizləndikdən sonra həmin KNC, yəni «təmiz» karbon alınır.

Koenigsegg şirkətinin inşa etdiyi Regera superhibridinin kuzovu məhz belə «təmiz» karbondan olan panellərdən hazırlanıbdır. Yeni materialın tətbiqi hiperkarın çəkisini 20 kiloqram azaltmağa imkan verib. 

Koenigsegg hiperkarlarının karbon panelləri üç üsulla emal olunur. Xarici panelləri cilalayaraq bütov şəkildə rəngləyir, sonra isə şəffaf lak qatı ilə örtürlər və yaxud hissə-hissə rəngləyərək laklayırlar. Bir sıra daxili detallar sadəcə cilalanır, salon elementləri isə, ən incə emal üsulundan keçirlər - epoksid qətran qatı panelin səthindən əl ilə silinir. Bundan sonra, detal emal edilərək, ona karbon lifinin ilkin görüntüsü verilir. Bu əməliyyat çox çətin və məşəqqətlidir, çünki kiçik səhv  detalın strukturunun pozulmasına gətirib çıxara bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Unikal Regera superhibridinin hazırlanması zamanı məhz sonuncu üsuldan istifadə edilib. Koenigsegg mütəxəssisləri KNC materialının cızılmalara qarşı daha davamlı olduğunu bildirirlər. Onlar laklanmış örtüyün «xam» karbondan daha yumşaq olduğunu söyləyirlər. Bundan başqa, KNC detalları işığı başqa formada əks etdirilər - bu prosesdə bütöv sıth deyil, ayrı-ayrı liflər iştirak edirlər. 

Qeyd etmək gərəkdir ki, karbonun yeni emal üsulu illərlə təkmilləşdirilib. Əvvəllər bu materialdan disklərin, arxa qanadların, splitterlərin, vinqletlərin və sükan çarxının dekor elementlərinin hazırlanmasında istifadə edilib. Bu texnologiyadan tam istifadə etməzdən əvvəl hazırlanmış detallar uzun müddət açıq havada saxlanıblar. Bu yolla Koenigsegg mütəxəssisləri günəş və yağıntəların materialın quruluşuna neqativ təsir etmədiyindən əmin olublar.