AvtoVAZ şirkəti Lada XRay ailəsini Cross modifikasiyası ilə genişləndirib. 2016-cı ildə təqdim edilmiş eyni adlı konseptin üslubunda yaradılmış model orijinal bamperə, təkər tağlarının plastikdən müdafiə əlavələrinə, 17-düymlük təkər disklərinə və hərəkət rejimlərinin seçilməsi selektoruna sahib olub.

Lada XRay Cross adi hetçbekdən 215 millimetrə qədər artırılmış klirensi, damdakı relinqləri və akula üzgəcinə bənzər atennası ilə seçilir. Bundan başqa, modelin interyer tərtibatı və təchizatı da dəyişdirilibdir. Salonda yeni karkası olan ön oturacaqlar quraşdırılıbdır. Lada XRay Cross modifikasiyasının salonun ümumi uzunluğu 25 millimetr artırılıbdır.

XRay Cross modeli rus istehsalçısının sükan qolunun hündürlüyünə və uzunluğuna görə tənzimləməyə malik olan ilk modelidir. Krossover stabilizasiya və təkərlərin yerində fırlanmasını önləyən sistemin beş iş alqoritminə məxsus olan Lada Ride Select hərəkət reminlərinin seçimi sistemi ilə təchiz edilir. Bu rejimlərdən birincisi baza variantıdır.

Lada Ride Select sisteminin selektoru

Bu zaman bütün köməkçi elektronika aktivdir. İdman rejimində akselerator həssaslığı artır və elektronika startda təkərlərin yerində fırlanmasına icazə verir. Həmçinin qar, palçıqda və qumda hərəkət etməyə imkan verən rejimlər də mövcuddur.

ESC Off rejimində isə bütün elektron sistemləır söndürülür. Stabilizasiya sistemi isə avtomatik olaraq 54 km/saat sürətində yenidən işə düşür. Lada Xray Cross modelinin təchizatına işıqdiodlarından gündüz hərəkət işıqları, sürücü və sərnişinin təhlükəsizlik yastıqları, əyləc gücləndiricisi və əyləc gücünün paylaşdırılması sistemləri daxildir.

XRay Cross modeli 122 at qüvvəsi və 170 Nm fırlanma anı hasil edən 1,8-litrlik benzin mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 5-pilləli mexaniki və ya robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Krossover yerindən 100 km/saat həddinə 10,6 saniyəyə sürətlənir («robot» ilə 12,6 saniyə). Onun maksimal sürəti 180 km/saatdır (176 km/saat AMT qutusu ilə).

Image alt Image alt Image alt Image alt Image alt Image alt