Lamborghini şirkətinin rəhbərliyi dördüncü model hazırlamaq barədə düşünür. Automotive News nəşrinə müsahibə verən Stefano Domenikali istehsalçının dördyerli supercar hazırlamaq planının olduğunu bildirib. Çox güman ki, yeni model məşhur Marçello Qandinin yaratdığı Espada modelinin xələfi olacaqdır.

1968-1978-ci illərdə buraxılmış Lamborghini Espada 2+2 salon formuluna və 3,9-litrlik V12 mühərrikinə sahib olub. Avtomobilin mühərriki buraxılış ilindən asılı olaraq 325 və ya 350 at qüvvəsi təklif edirdi.

Domenikali, həmçinin, dördüncü model sayəsində satılan avtomobillərin sayını 10 minə çatdırmaq istədiklərini də bildirib. 2025-2027-ci illərdə debüt edəcək yeni Espada modelinin kapotu altında hybrid güc aqreqatının yerləşəcəyini də ehtimal etmək olar. Artıq Lamborghini markasının hibridləşməyə doğu getdiyini söyləmək olar. Domenikali 2021-ci ildə Aventador modelinin davamçısının debüt edəcəyini və yeni superkarın V12 mühərrikinin elektromotora malik olacağını da söyləyib. Sonradan analoji dəyişiklik Huracan modelinin davaçısı ilə də baş verəcəkdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt