Lamborghini şirkətinin klassik modellərin bərpası ilə məşğul olan Polo Storico bölümü Retromobile Paris hərracında özünün son işini nümayiş etdirib. İstehsalçı Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todta məxsus olan bərpa edilmiş Miura SV sportkarını nümayiş etdirib.

1968-ci ildə qəza zamanı məhv olmuş Miura S modelinin «3673» şassi nömrəsinə malik olan Lamborghini Miura SV 1972-ci ilin 11 noyabrında yığılıb. O vaxtlar köhnə şassi nömrələrindən istifadə adi hal idi və müştəriləri yeni avtomobillərə görə tutulan yüksək vergilərdən azad etmək məqsədini daşıyırdı. Üstəlik, avtomobilin əvvəlki qeydiyyat nişanı və sənədləri də qorunub-saxlanılırdı.

1972-ci ilin sonunda avtomobil Cənubi Afrikaya ilk sahibi olan Artur Meçinə göndərilib. Avtomobil indi olduğu kimi, Rosso Corsa rənginə boyanmış və qızılı rəngli kandarlara malik idi. Sonradan avtomobili Jan Todt satın alıb.

Miura SV modelinin bərpa işləri 13 ay çəkib. Polo Sporico bölümünün mütəxəssisləri avtomobili tamamilə sörkərək detalların nömrələrini yoxlayıblar. Məqsəd onların servis sənədlərindəkilərinə uyğunluğunu aydınlaşdırmaq olub. 

Bərpa edilmiş avtomobilin təqdimat mərasimində açarları Jan Todtda Stefano Domenikali şəxsən təqdim edib.

Lamborghini Miura SV modeli ilə yanaşı, Polo Storico Retromobile Paris hərracında 1966-cı ilin Lamborghini 400 GT modelini də nümayiş etdirib. Kanadalı kolleksiyaçıya məxsus olan avtomobil üzərindəki bərpa işləri davam etdirilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt