Bu gün Lamborghini şirkəti debütü gözlənilən SCV12 superkarının kamuflyajsız şəklini dərc edib. Yayımlanan tizer avtomobilin xarici görkəmi haqqında bütün sualları aradan götürüb. Yarış avtomobili yarış Squadra Corse bölməsi tərəfindən hazırlanıb. Görünən odur ki, yol avtomobilləri üçün nəzərdə tutulan təhlükəsizlik tələblərindən yaxa qurtaran mühəndislər istədiklərini hər şeyi bu superkarda tətbiq ediblər.

Tizerdə, ciddi şəkildə böyüdülmüş arxa qanadları, iri antiqanadı və arxa hissənin digər aerodinamik detallarını, həddindən artıq azaldılmış klirensi və inkişaf etdrilinmiş ön splitteri görmək olar. Superkarın arxa hissəsinin GT3 kateqoriyasındakı boliddən də daha çox yerəbasma qüvvəsi hasil etdiyi məlumdur.

Mühəndislər Lamborghini SCV12 modelini hətta tamölçülü ön fənərlərdən məhrum ediblər - ön bamperdəki LED işləmələr işıq texnikasını əvəz edib. Yeni trek superkarının çox yüngül olacağı da bildirilir - çox güman ki, çəkini ciddi şəkildə azaltmaq istəyi superkarın yaradılmasına sərf edilən vaxtı artıran amillərdən biridir.

İlkin məlumatlara görə, kupe tamamilə karbondan hazırlanmış şassiyə və maqnezium ərintisindən hazırlanmış təkər disklərinə sahib olacaqdır. Güc qurğusuna gəldikdə isə, bu barədə dəqiq məlumat verilməyib. Çox güman ki, trek superkarı 6,5-litrlik V12 atmosfer mühərriki və altıpilləli preselektiv ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Proqnozlaşdırılan hasilat 830 at qüvvəsidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu günə qədər superkarın nə konkret debüt tarixi, nə də istehsal həcmi açıqlanıb. Üstəlik, avtomobilin satış qiyməti də məlum deyil. Çox güman ki, Lamborghini şirkəti SCV12 modelini çox kiçik tirajla buraxacaqdır. Məlum məsələdir ki, belə avtomobillərin qiyməti astronomik həddə çatır.

Yeni tizerin istehsalçının rəsmi veb-saytında dərc edildiyini nəzərə alsaq, avtomobilin təqdimatının çox yaxın olduğunu söyləmək mümkündür.