Lamborghini yeni monokubok yaratmağı planlaşdırır. Bu dəfə italyan istehsalçısı Urus modelini yarış avtomobilinə çevirmək qərarına gəlib. Artıq Lamborghi Squadra Corse bölümü gələcək yarış avtomobilinin konseptini də nümayiş edirib.

Lamborghini Urus ST-X Concept adlandırılmış yarış avtomobili 2020-ci ildə başlanması planlaşdırılan monokubokun iştirakçısı olacaqdır. Konsept karbondan hazırlanmış kapota, mərkəzi kilidi olan 21-düymlük təkər disklərinə və Verde Mantis tutqun yaşıl rənginə sahib olub.

Standart Urus modelinin mexaniki hissəsi təkmilləşdirmələrə məruz qalıb. Krossover təhlükəsizlik karkası, avtomatik yanğınsöndürmə kompleksi və FIA FT3 standartına cavab verən yanacaq çəni ilə təchiz edilib. Bundan başqa, avtomobil altıbucaqlı çıxış borularına malik olan dəyişdirilmiş arxa bamperə və yeni antiqanada malik olub.

Krossoverin mühərriki dəyişilməz qalıb. Urus ST-X modeli 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən mühərriklə hərəkətə gəlir. Yarış avtomobili standart krossoverdən 25% yüngüldür: Squadra Corse yarış üçün lazım olmayan avadanlıqdan yaxa qurtararaq, avtomobilin çəkisini 2197 kiloqrama qədər azaldıb. Krossoverin şassisi də müvafiq tənzimləmələrə məruz qalıb.

Yeni monokubokun yarışları Avropa və Yaxın Şərqdə keçiriləcəkdir. Çempionatın təqviminə FIA tərəfindən tövsiyyə edilmiş klassik asfalt trekləri, həmçının yolsuzluqda təşkil ediləcək yarışlar da daxil olacaqdır. Bu superkrossover üçün nəzərdə tutulan xüsusi formatdır.

Yarış versiyasının son variantı bir ildən sonra keçiriləcək Lamborghini Word Finals 2019 tədbirində təqdim ediləcəkdir. Avtomobili alaraq yarışlarda iştirak etmək istəyən özəl müştərilər, krossoverlə yanaşı zavod dəstəyini də əldə edəcəkdirlər.