Dörd il bundan öncə, daha dəqiq desək, 2017-ci ilin 4 dekabr tarixində Sant’Aqata Bolonyeze şəhərində Lamborghini Urus krossoveri debüt edib. Krossoverin ad günü münasibətilə Lamborghini şirkəti onunla bağlı nailiyyətlərdən danışmaq qərarına gəlib.

Cari ilin yayında italyanlar 15-mininci Urus modelinin buraxılışını bayram etmişdilər. İndi isə, modelin ümumi istehsal həcmi 16 min nüsxəni keçib: Lamborghini Urus modeli italyan markasının tarixindəki ən sürətlə satılan ilk avtomobildir. Üstəlik, bu avtomobilin alıcılarının 85 faizi marka üçün yeni müştərilərdir.

2018-ci ildə, Urus modeli sayəsində, Lamborghini şirkətinin illik dövriyyəsi 40 faiz artıb: 1,009 milyarddan 1,415 milyard avroya. 2019-cu ildə isə bu göstərici ən yüksək həddə çatıb - 1,81 milyard avro.

Həmin il şirkət 8205 avtomobili müştərilərə təhvil verib. 2020-ci ildə koronavirus ucabtından göstəricilər azalsa da, əldə edilmiş mənfəət göstəricisi markanın tarixindəki ən yüksək göstərici olub.

2021-ci ilin ilk doqquz ayında Lamborghini müştərilərə 4085 ədəd krossover də daxil olmaqla, ümumilikdə 6902 avtomobil təhvil verib - bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur.

Urus sayəsində Lamborghini sözün əsl mənasında böyüyüb: istehsal meydançalarının sahəsi iki dəfə artaraq 160 min kavadtrat kilomerə çatıb, yeni sexlər, test treki və digər obyektlər açılıb. Nəhayət, keçən dörd il ərzində şirkət 700-dən çox əməkdaşı işə qəbul edib.

Image alt Image alt Image alt Image alt Image alt

Növbəti mərhələ 2022-ci ildə baş tutacaq Urus modelinin gözlənilən plan üzrə yenilənməsidir. Casus şəkillərindən göründüyü kimi, krossoverin bamperləri və radiator barmaqlığı da daxil olmaqla “üzü” yenidən “çəkiləcəkdir”.

Bundan başqa, “bərkgedən” krossover 820 at qüvvəli plagin-hibrid modifikasiyasına sahib ola bilər. Hazırki V8 mühərrikinin gücünün 650-dən 675 at qüvvəsinə qədər artırılacağı da gözlənilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.