Bu gün yeni nəsil Land Rover Defender modelinin dizaynını açıqlayan Lego Technic oyuncağı barədə məlumat vermişdik. Bi neçə saat bundan öncə, Instagram sosial şəbəkəsində yeni modelə aid olan yeni şəkil peyda olub. Bu dəfə, Defender modelinin rəqəmsal cihazlar panelinin əksi peyda olub.

Ən maraqlısı odur ki, virtual cihazlar panelində avtomobilin eksteryerini nümayiş etdirən təsvir də əks olunub. Şəkildən də göründüyü kimi, Defender ona xas olan kvadrat formaları qoruyub saxlayıb. Eksteryer dizaynına gəldikdə isə, ağ rəngli dama malik olan ofrouderin klassik formalar ilə müasir cizgilərin vəhdəyini təşkil edən dizayna sahib olan 2011-ci ilin DC100 konseptini xatırladığını söyləmək olar.  

Ağ damda şüşə panellərin quraşdırıldığını, qalın formalı arxa dayağın isə, arxa qapının haşiyəsi tərəfindən böldüyünü görmə bilərsiniz. Ön qanada diqqət yetirsəniz, orada havalandırma girişinin quraşdırıldığını görəcəksiniz. Bundan başqa, kapot üzərindəki çıxıntıların, yan güzgülərin qara gövdələrinin və beşqollu təkər disklərinin mövcud olduğunu da söyləmək olar. Qeyd etmək lazımdır ki, dördqapılı kuzov yeni Land Rover Defender üçün təklif ediləcək çoxsaylı kuzov variantlarından biridir.

Land Rover DC100 Concept

Maraqlıdır ki, sınaq prototipinin odometrində 15409 kilometrlik yürüş göstəricisi vardır. Bundan başqa, dayanacaq əyləcinin indikatoru yandığına görə, ofrouderin park edilmiş halda olduğunu da söyləmək gərəkdir. Üstəlik, spidometrin 220 km/saat üzərində işçarələndiyinə diqqət yetirmək lazımdır. Bununla belə, Land Rover Defender modelini bu həddə qədər sürətləndirəcək oğulu görmək istərdik.